Azərbaycandakı Rusiya bankının maliyyə vəziyyəti açıqlanıb

Azərbaycandakı Rusiya bankının maliyyə vəziyyəti açıqlanıb"Bank VTB (Azərbaycan)" ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az xəbər verir ki, "Bank VTB (Azərbaycan)" 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 11 milyon 904 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Bank VTB (Azərbaycan)"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 296 min manat və ya 10,9% azalıb. Xalis mənfəətin azalması mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatdan qayıdan vəsaitin azalması ilə əlaqədardır. Bankın cari fəaliyyətinin nəticəsini daha dolğun əks etdirən əməliyyat mənfəəti artıb.
Ötən il "Bank VTB (Azərbaycan)"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 34 milyon 972 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 31 milyon 370 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 602 min manat təşkil edib. Həmçinin mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatdan azad olan 9 milyon 676 min manat mənfəətə əlavə edilib. Bank 13 milyon 278 min manat vergilər ödənilənədək mənfəətindən 2 milyon 670 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Bank VTB (Azərbaycan)"ın cəmi əməliyyat gəlirləri 39 milyon 230 min manat, cəmi əməliyyat xərcləri 37 milyon 314 min manat, əməliyyat mənfəəti 1 milyon 916 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan ehtiyatdan azad olan 12 milyon 272 min manat mənfəətə əlavə edilmişdi. Bank 14 milyon 188  min manat əməliyyat mənfəətindən 2 milyon 284 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "Bank VTB (Azərbaycan)"ın cəmi gəlirlərinin 4 milyon 258 min manat azalmasına qarşılıq, cəmi xərcləri 5 milyon 944 min manat azalıb. Xərclərin gəlirlərdən daha çox azalması ilə əlaqədar olaraq Bankın əməliyyat mənfəəti 1 milyon 686 min manat artıb. 
2023-cü ildə "Bank VTB (Azərbaycan)" faiz gəlirlərini artırıb. Eyni zamanda, ötən il Bankın qeyri-faiz gəlirlərinin azalması ilə bərabər qeyri-faiz xərcləri də azalıb.
BANK BÖYÜYÜB
2023-cü ildə  "Bank VTB (Azərbaycan)"ın cəmi aktivləri 11 milyon 407 min manat və ya 4,8% artaraq 31 dekabr 2023-cü il tarixində 249 milyon 400 min manat təşkil edib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
Ötən il  "Bank VTB (Azərbaycan)"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 27 milyon 345 min manat artaraq 187 milyon 120 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 4 milyon 367 min manat artaraq 74 milyon 800 min manata, biznes kreditləri portfeli 14 milyon 365 min manat artaraq 64 milyon 551 min manata, ipoteka kreditləri portfeli isə 8 milyon 613 min manat artaraq 47 milyon 769 min manat yüksəlib.
Ötən il  "Bank VTB (Azərbaycan)"da fiziki şəxslərin depozitləri 1 milyon 512 min manat artaraq 65 milyon 305 min manata çatıb.
31 dekabr 2023-cü il tarixində "Bank VTB (Azərbaycan)" 83 milyon 638 min manat məcmu kapitala malik olub.
MƏCMU KAPİTALI ARTIB
"Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları "Bank VTB" İSC (Rusiya Federasiyası) 99.99% və Adıgözəl Ağayevdir (0.01%). Bank 2022-ci ilin sonunda 73 milyon 594 min manat məcmu kapitala malik idi.
Azərbaycandakı Rusiya bankının maliyyə vəziyyəti açıqlanıbAzərbaycandakı Rusiya bankının maliyyə vəziyyəti açıqlanıbAzərbaycandakı Rusiya bankının maliyyə vəziyyəti açıqlanıb

Banklar     Tarix: 14 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes