Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur

Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulurAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
Marja xəbər verir ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri  38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 850 milyon 712 min manat, yerli gəlirləri 758 milyon 288 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 944 milyon 465 min manat, yerli xərcləri 759 milyon 135 min manat) məbləğində nəzərdə tutulur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94 milyon 600 min manat məbləğində proqnozlaşdırılır. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçiriləcək.
Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 milyard manat məbləğində götürülür.
Azərbaycan Respublikasının 2026-cı il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 48 milyard 839 milyon 322,6 min manat, 2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 16 milyard 902 milyon 226,6 min manat məbləğində nəzərdə tutulur.

/ marja.az

Maliyyə     Tarix: 23 oktyabr 2025

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar


iqtisadi xeberler kripto emlak xeberleri bitkoin biznes krediti