Azərbaycanın 2-ci böyük şəhərində ictimai iaşə dövriyyəsi artıb
Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında məlumatları açıqlayıb.
Məlumata görə, Gəncə şəhərində 2024-cü ilin yanvar-dekabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 48 milyon 775,0 min manat təşkil etmişdir. Dövriyyənin 47 milyon 850,3 min manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2024-cü ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,9 faiz artaraq 496 milyon 547,2 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 138 milyon 444,4 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 27,9 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 15,7 faizi dövlət, 84,3 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur. / marja.az
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa