Azərbaycanın bank sektoru böyməkdə davam edir - YENİ RƏQƏMLƏR AÇIQLANDI

Azərbaycanın bank sektoru böyməkdə davam edir - YENİ RƏQƏMLƏR AÇIQLANDI31 oktyabr 2023-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 46,146.6 mln. manat, cəmi öhdəlikləri 40,233 mln. manat, balans kapitalı 5,913.6 mln. manat olmuşdur. Oktyabr ayında bankların cəmi aktivləri və сəmi öhdəlikləri müvafiq olaraq 1.4% və 1.8% artmışdır.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, oktyabr ayında bankların kredit portfeli 0.8% və ya 177.8 mln. manat artaraq 22,459.7 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.5% (12,246.4 mln. manat); ıı) istehlak kreditləri – 30.1% (6,751.3 mln. manat) və ııı) ipoteka kreditləri – 15.4% (3,462 mln. manat). Ay ərzində biznes və istehlak kreditləri müvafiq olaraq 167.7 mln. manat (+1.4%) və 71.2 mln. manat (+1.1%) artmış, ipoteka kreditləri isə 61.1 mln. manat azalmışdır. İpoteka portfelinin azalması bağlanmış bankla bağlı olmuşdur. İpoteka Fondunun vəsaitləri hesabına verilmiş portfel cari ilin noyabr ayının əvvələrində müvəkkil banklara ötürülmüşdür.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.2%-i və ya 33,081.9 mln. manat. Depozit portfelinin 62.9%-i (20,810.8 mln. manat) hüquqi şəxslərin, 37.1%-i (12,271.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. Oktyabr ayı ərzində fiziki şəxslərin əmanətlərində baş vermiş 1.2% və ya 147.3 mln. manat məbləğində azalma bağlanmış bankla bağlı olmuşdur. Qeyd olunan amil nəzərə alınmadan, cari ilin oktyabr ayında bankların əmanət portfeli 1.2% və ya 145.8 mln. manat artmışdır.
Fiziki şəxslərin əmanət portfelinin 53.8%-i (6,597.7 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16,833.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.9%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında ilin əvvəlinə nəzərən 4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.4 faiz bəndi azalaraq 35.2% təşkil etmişdir.
2023-cü ilin 10 ayında banklar 908.2 mln. manat xalis mənfəət, 1,369.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18% və 23% artmışdır. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 237.8 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% və ya 59.8 mln. manat daha çoxdur.
31 oktyabr 2023-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 471, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,018 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 238 nəfər azalaraq 23,292 nəfər təşkil etmişdir. Ay ərzində bankların filial, şöbə, ATM və işçi saylarında müşahidə olunan azalma "Muğan Bank" ASC-nin bank lisenziyasının geri çağırılması ilə bağlı olmuşdur. 

Banklar     Tarix: 23 noyabr 2023

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler online pul qazanmaq en son xeberler pul qazanmaq dollar mezenne