Azərbaycanın çay idxalı ixracını 19 dəfə üstələyib

Azərbaycanın çay idxalı ixracını 19 dəfə üstələyibBu ilin ilk 9 ayında Azərbaycana 64,2 milyon dollar (109,1 milyon manat) həcmində 10 min 340 ton çay idxal edilib.
Azərbaycan bu il xaricə 5 milyon dollarlıq çay ixrac edib
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6,2 milyon dollar (10,5 milyon manat) və ya 10,8% çoxdur, miqdar ifadəsilə isə 770 ton, başqa sözlə 6,9% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 57,9 milyon dollar (98,5 milyon manat) dəyərində 11 min 109 ton çay idxal olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi çayın 1 kiloqramının orta idxal qiyməti 10 manat 55 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 8 manat 86 qəpik idi. Bu da illik müqayisə ilə 1 manat 69 qəpik və ya 19,1% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi idxalın 0,38%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,40% olub.
Bu ilin ilk 9 ayında Azərbaycandan 5 milyon dollar həcmində 547 ton çay ixrac edilib.
Çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 159 min dollar və ya 3,3%, miqdar ifadəsilə isə 5,5 ton, başqa sözlə 1% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 4,8 milyon dollar dəyərində 541 ton çay ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 54 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 19 qəpik idi. Bu da illik müqayisə ilə 35 qəpik və ya 2,3% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,03%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 0,19%-u çayın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,02% olub.
Bununla yanaşı hesabat dövründə ölkədə 8 835,4 ton çay istehsal edilib.
Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 531,2 ton azdır, yəni istehsalda 5,7 faiz azalma müşahidə olunub. 2024-cü ilin yanvar-sentyabr aylarında çay istehsalı 9 366,6 ton təşkil etmiş və əvvəlki illə müqayisədə 10,8 faiz artım qeydə alınmışdı.
Hazır məhsul ehtiyatı da azalıb, 95,2 tondan 83,6 tona düşüb, bu da 11,6 ton azalma deməkdir. 
Ümumilikdə bu dövrdə çay idxalı ixracı 18,9 dəfə, istehsalı 1,2 dəfə üstələyib.

Biznes     Tarix: 20 oktyabr 2025

Oxşar xəbərlər

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler bitkoin biznes krediti emlak xeberleri iqtisadiyyat xeberleri