Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir
Azərbaycanın dövlət borcu 2025-ci ildə azalacaq, 2026-da yenidən artım gözlənilir.
Marja.az "2024-2026-cı illər üzrə dövlət borcu ilə bağlı göstəricilər"ə istinadən xəbər verir ki, dövlət borcu və xidmət xərclərində növbəti iki ildə dəyişikliklər müşahidə olunacaq.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Rəqəmlərə əsasən, 2025-ci ildə dövlət borcu 1 milyard 976,1 milyon manat azalaraq 25 milyard 404,1 milyon manata enəcək. Lakin 2026-cı ildə borcun yenidən 27 milyard 51,7 milyon manata yüksələcəyi proqnozlaşdırılır.
Xalis borclanma mənfiyə düşür
2025-ci ildə xalis birbaşa dövlət borclanmasının -1 milyard 976,1 milyon manat olacağı gözlənilir. Bu isə dövlətin həmin dövrdə yeni borc cəlb etməkdən daha çox mövcud borcları qaytarmağı planlaşdırdığını göstərir. 2026-cı ildə isə bu göstəricinin yenidən 1 milyard 647,6 milyon manat səviyyəsində müsbət olacağı proqnozlaşdırılır.
Borc xidmət xərcləri əhəmiyyətli dərəcədə artır
Dövlət borcuna xidmət xərcləri üzrə proqnozlar artım tendensiyasını təsdiqləyir. 2024-cü ildə bu məqsədlə 1 milyard 295,6 milyon manat xərclənmişdisə, 2025-ci ildə bu rəqəmin 2 milyard 399,6 milyon manata, 2026-cı ildə isə 2 milyard 457,6 milyon manata yüksələcəyi bildirilir.
Bu dinamika yaxın illərdə borc öhdəliklərinin dövlət büdcəsinə düşən maliyyə yükünün əhəmiyyətli dərəcədə artacağını göstərir.


Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?