Azərbaycanın idxalı 24,8 faiz artıb, ixracı isə 8,6 faiz azalıb

Azərbaycanın idxalı 24,8 faiz artıb, ixracı isə 8,6 faiz azalıbDövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 151 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 96 ölkəyə məhsul ixrac olunmuş, 142 ölkədən idxal olunmuşdur.
Azərbaycanın idxalı 24,8 faiz artıb, ixracı isə 8,6 faiz azalıbGömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 11 milyard 956,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 6 milyard 293,3 milyon dollarını və ya 52,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 663 milyon dollarını (47,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 630,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə 3,9 faiz artmışdır. İdxal real ifadədə 24,8 faiz artmış, ixrac isə 8,6 faiz azalmışdır.
2025-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı 771,9 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə14,7 faiz artmış, real ifadədə isə 8,5 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25 faizi İtaliya, hər biri 11,9 faiz olmaqla Rusiya və Türkiyə, 8,5 faizi Çin, 4,4 faizi Almaniya, hər biri 2,7 faiz olmaqla Birləşmiş Krallıq və Çexiya, 2,4 faizi Avstraliya, hər biri 2 faiz olmaqla Rumıniya və Xorvatiya, 1,7 faizi Gürcüstan, hər biri 1,6 faiz olmaqla Portuqaliya və Meksika, 1,5 faizi Yunanıstan, 1,4 faizi İsveçrə, hər biri 1,3 faiz olmaqla Bolqarıstan və İran, hər biri 1,1 faiz olmaqla Kanada, ABŞ və İrlandiya, hər biri 1,0 faiz olmaqla Braziliya, Qazaxıstan və Ukrayna, 9,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 45,6 faizini İtaliyaya, 13,1 faizini Türkiyəyə, 4,8 faizini Çexiyaya, 4,5 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla Xorvatiya və Rusiyaya, 3,6 faizini Rumıniyaya, 3,0 faizini Portuqaliyaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Yunanıstana, 2,4 faizini Bolqarıstana, hər biri 1,9 faiz olmaqla İsveçrə və İrlandiyaya, 1,2 faizini Birləşmiş Krallığa, 0,8 faizini Ukraynaya, 0,7 faizini Serbiyaya, 0,6 faizini Tunisə, 0,4 faizini Çinə, hər biri 0,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Belarusa, 1,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,2 faiz), Türkiyəyə (17,4 faiz), Gürcüstana (10,4 faiz), İsveçrəyə (9,0 faiz), Ukraynaya (6,6 faiz), Qazaxıstana (2,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,5 faiz), Belarusa (2,2 faiz), ABŞ-a (2,0 faiz), Türkmənistana (1,6 faiz), Almaniyaya (1,5 faiz), İsrailə (1,5 faiz), Çinə (1,3 faiz), İtaliyaya (1,3 faiz), Özbəkistana (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 21,1 faizi Rusiya, 17,8 faizi Çin, 10,5 faizi Türkiyə, 5,1 faizi Avstraliya, 4,4 faizi Birləşmiş Krallıq, 4,3 faizi Almaniya, 3,4 faizi Meksika, 2,7 faizi İran, 2,3 faizi Kanada, hər biri 2,1 faiz olmaqla Braziliya və ABŞ, 1,8 faizi İtaliya, 1,7 faizi Qazaxıstan, hər biri 1,5 faiz olmaqla Özbəkistan, Yaponiya və Belarus, 1,3 faizi Koreya, hər biri 1,1 faiz olmaqla Ukrayna və Türkmənistan, 1,0 faizi Hindistan, 11,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2025-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,7 faiz, təzə tərəvəz – 7,0 faiz, şəkər – 31,8 faiz, meyvə və tərəvəz konservləri – 15,3 faiz, bitki yağları – 55,7 faiz, çay – 10,6 faiz, mineral gübrələr – 13,5 faiz, polietilen – 8,9 faiz, emal olunmamış alüminium – 15,8 faiz, sement klinkerləri – 31,0 faiz, qara metallardan borular – 62,5 faiz, pambıq ipliyi – 2,1 faiz, qara metallardan çubuqlar – 67,3 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 29,7 faiz, tütün – 67,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 1,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,0 faiz, kartof – 31,2 faiz, polipropilen – 15,2 faiz, pambıq lifi – 28,8 faiz, elektrik enerjisi – 38,7 faiz, bentonit gili – 20,4 faiz azalmışdır.
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin yanvar-mart aylarında buğda idxalı 35,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 41,9 faiz, xam şəkər        – 34,6 faiz, çay – 74,7 faiz, quş əti və onun əlavə məhsulları – 4,5 faiz, təzə tərəvəz – 36,9 faiz, siqaretlər – 5,3 dəfə, minik avtomobilləri – 18,9 faiz, polad prokatı – 16,2 faiz, qara metallardan çubuqlar – 97,4 faiz, mineral gübrələr – 8,7 faiz, rezin şinlər – 7,6 faiz, polietilen – 17,6 faiz, məişət kondisionerləri – 5,0 faiz, avtobuslar – 3,2 dəfə, məişət soyuducuları – 50,2 faiz artmış, təzə meyvə idxalı isə 15,4 faiz, şokolad və şokolad məhsulları – 5,3 faiz, unlu qənnadı məmulatları – 12,8 faiz, bitki yağları – 42,2 faiz, kartof  – 1,5 faiz, mal əti – 10,6 faiz, dərman vasitələri – 20,2 faiz, qara metallardan borular – 37,2 faiz, hesablama maşınları, blok və qurğuları – 19,4 faiz, yük avtomobilləri – 2,3 faiz, sintetik yuyucu vasitələr – 17,6 faiz, mebellər – 8,7 faiz, paltaryuyan maşınlar – 0,4 faiz, polipropilen – 1,7 faiz, qara metallardan künclüklər – 6,5 faiz, sement – 11,6 faiz azalmışdır. / marja.az

Maliyyə     Tarix: 25 may 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri birbank en son xeberler biznes krediti