"Kredit Həyat Sığortası" bizi nələrdən sığortalayır?
Son dövrlərdə Kredit Həyat Sığortasına maraq artıb. Bunun əsas səbəblərindən biri insanların kredit götürərkən gələcəkdə yarana biləcək riskləri də nəzərə almalarıdır. Kredit Həyat Sığortası kredit götürən və kredit borcu olan şəxslər üçün nəzərdə tutulmuşdur.
Biznes.az xəbər verir ki, "PAŞA Həyat Sığorta"nın təqdim etdiyi kredit həyat sığortası gözlənilməz hadisələr zamanı kredit öhdəliklərinin idarə olunmasına dəstək olur. Kredit həyat sığortası-kredit götürən şəxsin həyatını sığortalayan məhsuldur. Əgər kredit müddətində sığortalı şəxs vəfat edərsə və ya əlillik halı baş verərsə, onun banka olan qalıq kredit borcu sığorta şirkəti tərəfindən ödənilir. Bu da ailənin əlavə maliyyə çətinliyi ilə üzləşməsinin qarşısını alır.
Sığorta haqqının təyinində yaş, kredit məbləği, kredit müddəti kimi məlumatlar əsas götürülür. Amma bu proses çox sadədir-əlavə tibbi sənəd və ya mürəkkəb prosedur tələb olunmur. Müştəri üçün rahat və vaxt aparmayan bir şəkildə həyata keçirilir.
Kredit götürərkən "Kredit Həyat Sığortası" əldə etməyi unutmayın. Sığorta məhsulu haqqında daha ətraflı məlumat əldə etmək üçün "PAŞA Həyat Sığorta" ASC-nin çağrı mərkəzinə (942) və ya onlayn platforma üzərindən https://pasha-life.az/products/kredit-heyat-sigortasi müraciət edə bilərsiniz.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SMM nə deməkdir?
Dünyanın ən zəngin idmançıları
Bill Qeyts kimdir?