AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamladı

AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamladı®AccessBank yaşıl maliyyələşmə və dayanıqlı investisiyaların inkişafı istiqamətində növbəti mühüm addım ataraq, AZZA tərəfindən həyata keçirilən layihə üzrə ilk müstəqil enerji auditini uğurla başa çatdırıb. Audit, responsAbility Investments tərəfindən idarə olunan Global Climate Partnership Fund-un (GCPF) dəstəyi ilə həyata keçirilib.
Enerji auditi 2025-ci ildə müstəqil texniki məsləhətçi Energy Efficiency Centre Georgia tərəfindən aparılıb və 2026-cı ildə yekunlaşdırılıb. Audit çərçivəsində yeni istehsal müəssisəsinin yaradılması və müasir Birgə İstilik və Elektrik İstehsalı (Combined Heat and Power, CHP) sisteminin tətbiqi qiymətləndirilib.
Hesabatın nəticələrinə əsasən, layihə yüksək enerji səmərəliliyi nümayiş etdirib və 30%-dək enerji qənaəti potensialına malikdir. Eyni zamanda, layihənin Azərbaycan Mərkəzi Bankının "Yaşıl Taksonomiyasına" uyğun olduğu və yaşıl aktiv kimi qiymətləndirilə biləcəyi müəyyən edilib.
Bu audit AccessBank tərəfindən müştəri layihəsi üzrə sifariş edilən ilk xarici enerji auditi olub. Layihə Bankın dayanıqlı maliyyələşmə sahəsində şəffaflıq, etibarlılıq və keyfiyyət prinsiplərinə sadiqliyini göstərir. Audit nəticələri həmçinin Bankın yaşıl aktivlərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və monitorinqi üzrə imkanlarını gücləndirir.
AccessBank GCPF-in dayanıqlı maliyyə alətlərindən aktiv istifadə edir və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində enerji səmərəliliyini, iqlim dayanıqlığını və ekoloji məsuliyyətli investisiyaları dəstəkləməyə davam edir. / banker.az

Banklar     Tarix: 05 iyun 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri