Azərbaycanın iqtisadi artım tempi 1 faizdən aşağı olaraq qalır

Azərbaycanın iqtisadi artım tempi 1 faizdən aşağı olaraq qalırDövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 110,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin yanvar-noyabr aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artmışdır.
ÜDM istehsalının 41,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 10856,0 manata bərabər olmuşdur.
SƏNAYE İSTEHSALI
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında 60,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,8 faiz artmışdır.
Sənaye məhsulunun 67,9 faizi mədənçıxarma sektorunda, 26,8 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 74,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 faiz, maşın və avadanlıqların istehsalı 37,4 faiz, tikinti materiallarının istehsalı 29,8 faiz, içkilərin istehsalı 27,5 faiz, poliqrafiya məhsullarının istehsalı 26,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 faiz, hazır metal məmulatlarının istehsalı 19,2 faiz, kağız və karton istehsalı 18,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 12,7 faiz, elektrik avadanlıqlarının istehsalı 10,3 faiz, qida məhsullarının istehsalı 9,8 faiz, tütün məmulatlarının istehsalı 9,6 faiz, neft məhsullarının istehsalı 8,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,3 faiz, mebel istehsalı 5,7 faiz, əczaçılıq məhsullarının istehsalı 1,1 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 9,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4 faiz, sair sənaye məhsullarının istehsalı 12,0 faiz, geyim istehsalı 13,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 22,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,0 faiz artmışdır. / marja.az

Maliyyə     Tarix: 12 dekabr 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq