Azərbaycanın makroiqtisadi proqnoz göstəriciləri açıqlandı

Azərbaycanın makroiqtisadi proqnoz göstəriciləri açıqlandıAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2023-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barrelinin orta illik ixrac qiyməti 2023-2026- cı illər üçün 50 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən cari ildə ölkədə ÜDM-nin real artımı 3,5 faiz olmaqla 117,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin artımı 7,3 faiz olmaqla 67,1 milyard manat təşkil edəcəkdir.
Marja xəbər verir ki, proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin 2023-cü ilin sonuna 73,1 milyard manat, 2026-cı ildə isə 92,3 milyard manata qədər artacağı və real artım tempinin 4,5-5,1 faiz intervalında olacağı gözlənilir (Qrafik 4). 2023-2024-cü illərdə qaz hasilatının artması neft-qaz ÜDM-nin artımını dəstəkləyərək real artım tempinin 2023-cü il üzrə 0,2, 2024-cü ildə 2,6 faizə qədər artmasına, 2026-cı ildə isə azalan hasilat göstəriciləri neft-qaz ÜDM-nin geriləməsinə (-1,9 faiz) səbəb olacaqdır. 2026-cı ilə doğru ÜDM-nin real artım tempinin tədricən zəifləməsi neft-qaz ÜDM üzrə real artım tempinin azalan dinamikasından qaynaqlanacaqdır. 
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
İqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji prioritetlərdən biri olmağa davam edəcəkdir. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2026-cı ildə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 78,0 faizə, neft sektorunun payının isə 22,0 faizə bərabər olacağı proqnozlaşdırılır (qrafik 5). Baza ssenaridə 2022-ci ildə 12,5 faiz, 2023-cü ildə isə 6,9 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2026- cı ildə 3,6 faizə qədər enəcəyi gözlənilir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcəkdir. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülmüşdür.
Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2026-cı ildə 91,9 milyard manata, xərclərinin isə 89,2 milyard manata qədər yüksəlməsi gözlənilir.
2023-cü ildə əsas neft-qaz kontraktları çərçivəsində investisiya qoyuluşlarının azalma fazasında olması nəzərə alınmaqla, əsas kapitala investisiyalar üzrə növbəti ildə 2,8%, sonrakı üç ildə isə orta illik 2,9% artım olacağı, o cümlədən qeyri-neft/qaz sektoru üzrə əsas kapitala investisiyaların növbəti ildə 5,8%, sonrakı üç ildə isə orta illik 6,4% artacağı proqnozlaşdırılır.
Azərbaycanın makroiqtisadi proqnoz göstəriciləri açıqlandıAzərbaycanın makroiqtisadi proqnoz göstəriciləri açıqlandıAzərbaycanın makroiqtisadi proqnoz göstəriciləri açıqlandı

Banklar     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda


iqtisadi xeberler dollar kursu dollarin kursu bu gun 1000 manatla biznes kicik biznes