Azərbaycanın qocaman sığorta şirkəti kiçilib, zərər ilə işləməkdə davam edib
1992-ci ildən fəaliyyət göstərən "Günay Sığorta" ASC ardıcıl ikinci ildir zərər ilə işləməkdədir. Şirkət 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 197 min 777 manat xalis zərər ilə başa vurub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Marja.az xəbər verir ki, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında "Günay Sığorta"nın xalis zərəri 2,8 dəfə azalıb. Şirkət ötən ilin ilk 6 ayını 554 min 368 manat xalis zərər ilə bağlamışdı.
2021-ci ildə "Günay Sığorta"nın xalis zərəri 1 milyon manatdan çox olub.
Qeyd edək ki, "Günay Sığorta" balans heabatını dərc etsə də, mənfəət və zərər hesabatını gizlədib. Bu səbəbdən şirkətin yarımillik gəlir və xərcləri barədə ətraflı məlumat təqdim etmək mümkün deyil.
ŞİRKƏT KİÇİLİB
"Günay Sığorta"nın cəmi aktivləri ötən ilin sonunda 16 milyon 354 min manat ikən, 30 İyun 2022-ci il tarixində 15 milyon 53 min manat təşkil edib (1 milyon 301 min manat və ya 8% azalıb).
Qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Günay Sığorta" yeni səhm buraxılışı yolu ilə 1,3 milyon manat cəlb edib. Buraxılmış səhmlər yeni səhmdar "Günay Bank" ASC və mövcud səhmdar Mahmud Məmmədov tərəfindən alınıb.
Həmçinin oxu
Bank "Günay Sığorta"nın səhmdarı olub





Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?