Azərbaycanın qocaman və nəhəng bankı gəlir və mənfəətini açıqladı

Azərbaycanın qocaman və nəhəng bankı gəlir və mənfəətini açıqladı"Kapital Bank" ASC 2023-cü ili 242 milyon 209 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 308 milyon 47 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Kapital Bank"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 65 milyon 838 min manat və ya 21,4% azalıb.
Marja.az xəbər verir ki, 2023-cü ildə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 1 milyard 180 milyon 368 min manat, cəmi əməliyyat xərcləri 759 milyon 593 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 420 milyon 775 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 108 milyon 362 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 70 milyon 205 min manat mənfəət vergisi ödəyib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ildə "Kapital Bank" ASC-nin cəmi aktivləri 837 milyon 446 min manat və ya 9,7% artaraq 31 dekabr 2023-cü il tarixində 8 milyard 659 milyon 618 min manata çatıb. Bank 2022-ci ilin sonunda 7 milyard 822 milyon 172 min manat cəmi aktivlərə malik idi. 
Marja.az Bankın balans hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə "Kapital Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyard 114 milyon 54 min manat artaraq 4 milyard 271 milyon 823 min manata yüksəlib.
O cümlədən, ötən il Bankın istehlak kreditləri portfeli 520 milyon 469 min manat artaraq 2 milyard 353 milyon 575 min manata, biznes kreditləri portfeli 441 milyon 392 min manat artaraq 1 milyard 349 milyon 734 min manata, ipoteka kreditləri portfeli isə 152 milyon 192 min manat artaraq 568 milyon 513 min manata yüksəlib.
Xəbər yenilənəcək...
Azərbaycanın qocaman və nəhəng bankı gəlir və mənfəətini açıqladıAzərbaycanın qocaman və nəhəng bankı gəlir və mənfəətini açıqladıAzərbaycanın qocaman və nəhəng bankı gəlir və mənfəətini açıqladı

Banklar     Tarix: 15 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes