Azərbaycanın sığorta tarixində ən böyük ödənişi həyata keçirildi

Azərbaycanın sığorta tarixində ən böyük ödənişi həyata keçirildi"Azərbaycan Sənaye Sığorta" ASC ölkənin sığorta tarixində ən böyük ödənişi həyata keçirib.
 27 aprel 2022-ci il tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Holdinq" MMC-yə aid ərazidə yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində "Azərsun Sənaye Parkı"nın əmlak və mallarına ciddi ziyan dəymişdir.  
Marja.az-ın əldə etdiyi məlumata görə, "Azərbaycan Sənaye Sığorta" ASC tərəfindən Daşınmaz əmlakın icbari sığortası və Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ümumilikdə 25 milyon manat civarında ödəniş həyata keçirilib. Bu miqyasda ödəniş Azərbaycan sığorta tarixində bir ilkdir və rekord ödəniş sayılır.  
Şirkətdən qeyd edilibki, ödəniş nizamnamə kapitalından iki dəfədən də artıq olmasına baxmayaraq, Şirkətin maliyyə dayanıqlığına heç bir təsir göstərməmişdir. Əksinə, 2023-cü ili 5 milyon manat mənfəətlə başa vurmaq hədəflənir. "Azərbaycan Sənaye Sığorta" ASC-nin rəhbərliyi bunu, təkrarsığorta siyasətinin doğru aparılması, qanunvericiliyin tələblərinə düzgün əməl olunması və dayanıqlı təkrarsığorta şirkətləri ilə əməkdaşlıq nəticəsində mümkün olduğunu qeyd edir.  
Xərclərin optimallaşdırılması, sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər, şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir. Belə ki, "Azərbaycan Sənaye Sığorta" ASC-nin doqquz aylıq sığorta yığımları, ötən ilin on iki aylıq nəticələrini yeniləyərək, 14 milyon 500 min manata çatmışdır. 
1996-cı ildən fəaliyyət göstərən, Nizamnamə kapitalı 11 milyon manat təşkil edən "Azərbaycan Sənaye Sığorta" ASC Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur. "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nə təsisçi, "İcbari Sığorta Bürosu", "Caspian Energy Club" və "Azərbaycan Sığortaçılar Assosiasiyası" kimi təşkilatlara üzv olan "Azərbaycan Sənaye Sığorta" ASC fəaliyyətini Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş şüarı altında uğurla davam etdirir.

Banklar     Tarix: 21 noyabr 2023

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler online pul qazanmaq en son xeberler pul qazanmaq dollar mezenne