Azərbaycanın TDT ölkələri ilə 11 aylıq ticarət dövriyyəsinin dəyəri məlum olub
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsinin dəyəri 6,3 milyard ABŞ dolları təşkil edib.
Bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.
Onun sözlərinə görə, bunun 3,7 milyard ABŞ dolları Azərbaycanın ixracının payına düşüb.
"Hesab edirəm ki, ixrac potensialımız daha çoxdur və bu istiqamətdə reallaşdırılan təşəbbüslərin səmərəliliyini artırmalıyıq", – deyə Azərbaycan rəsmisi qeyd edib.
O əlavə edib ki, bu xüsusda Orta Dəhlizin vacibliyi önə çıxır: "Türk dövlətlərinin birgə icra etdiyi layihələr və ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını artırır. Bu da öz növbəsində regionda yük daşımalarına və ticarətin dinamikasına müsbət təsir göstərir. Enerji və nəqliyyat sahələrindəki əməkdaşlığımız təkcə türk dövlətlərinin yerləşdiyi regionda deyil, eləcə də qlobal müstəvidə əhəmiyyətli dəyişikliklərə səbəb olub. Birgə reallaşdırılan nəhəng enerji layihələri regional enerji mənzərəsini yenidən formalaşdırıb və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb". / banker.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq üçün nə lazımdır?
Fond birjası nədir?