Azərbaycanın təkrarsığorta şirkətinin xalis mənfəəti 10 dəfəyə yaxın artıb - 22,7 MİLYON MANAT QAZANC

Azərbaycanın təkrarsığorta şirkətinin xalis mənfəəti 10 dəfəyə yaxın artıb - 22,7 MİLYON MANAT QAZANC"AzRe Təkrarsığorta" ASC 2022-ci ili 22 milyon 663 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 2 milyon 402 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "AzRe Təkrarsığorta"nın xalis mənfəəti 9,4 dəfə artıb.
Marja.az xəbər verir ki, 2022-ci ildə "AzRe Təkrarsığorta"nın cəmi əməliyyat gəlirləri 48 milyon 502 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 737 min manat, əməliyyat mənfəəti 25 milyon 765 min manat təşkil edib. 2021-ci ildə Şirkətin əməliyyat gəlirləri 62 milyon 933 min manat, əməliyyat xərcləri 59 milyon 416 min manat, əməliyyat mənfəəti 3 milyon 517 min manat təşkil etmişdi.
"AzRe Təkrarsığorta" topladığı təkrar sığorta haqları 2021-ci ildə 31 milyon 878 min manat ikən, 2022-ci ildə 34 milyon 901 min manat təşkil edib (9,5% artıb). Şirkətin investisiya gəlirləri 4 milyon 773 min manatdan 14 milyon 904 min manata yüksəlib (3,1 dəfə artıb). 
2021-ci ildə "AzRe"nin cəmi əməliyyat gəlirlərinin daha yüksək olması sığorta ehtiyatından 25 milyon 495 min manatın sığorta ödənişlərinin həyata keçirilməsi üçün gəlirə əlavə edilməsi ilə bağlı olmuşdu. Ötən il Şirkət gəlirindən 2 milyon 294 min manat ehtiyata yönəldib.
"AzRe Təkrarsığorta"nın sığorta ödənişləri 2021-ci ildə 44 milyon 199 min manat ikən, 2022-ci ildə 8 milyon 868 min manata düşüb (5 dəfə azalıb).
"AzRe Təkrarsığorta" ASC Azərbaycan sığorta bazarında birbaşa təkrarsığorta fəaliyyəti ilə məşğul olan şirkətdir. Şirkət, adi əmlak risklərindən kompleks sənaye risklərinə qədər bütün riskləri təkrarsığorta edir.  
6 fiziki şəxsə aid olan "AzRe Təkrarsığorta" ASC "Qala Sığorta" ASC-nin (90%), "Qala Həyat" Sığorta Şirkəti ASC-nin (100%) və "Azər Türk Bank" ASC-nin (6,55%) səhmdarıdır.
Azərbaycanın təkrarsığorta şirkətinin xalis mənfəəti 10 dəfəyə yaxın artıb - 22,7 MİLYON MANAT QAZANCAzərbaycanın təkrarsığorta şirkətinin xalis mənfəəti 10 dəfəyə yaxın artıb - 22,7 MİLYON MANAT QAZANC

Banklar     Tarix: 30 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler leobank kart avtomobil xeberleri bitcoin qiymeti birbank