Azərbaycanın xaricə xam neft və təbii qaz satışından gəlirləri azalıb
2023-cü ilin ilk 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycandan 24 milyard 54 milyon 895 min dollar dəyərində (41 milyard 893 milyon manat) neft-qaz sektoruna daxil olan mallar ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 349 milyon 465 min dollar azdır. Ötən ilin eyni dövründə Azərbaycandan 27 milyard 404 milyon 360 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdi.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin 9 ayı ərzində 12 milyard 128 milyon 399 min dollarlıq xam neft və xam neft məhsulları, 11 milyard 409 miylon 531 min dollarlıq təbii qaz ixrac olunub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Müqayiə üçün qeyd edək ki, 2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan 14 milyard 897 milyon 429 min dollarlıq xam neft və xam neft məhsulları, 12 milyard 102 milyon 516 min dollarlıq təbii qaz ixrac olunmuşdu. Beləliklə, xam neft və xam neft məhsullarınln ixracından gəlirlər 18,6%, təbii qaz ixracından gəlirlər isə 5,7% azalıb.
Neft-qaz sektoruna daxil olan mallar 2023-cü ilin 9 ayının ixracının 90.81%-ni formalaşdırıb.



"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları