"Azərelektrikşəbəkətikinti" ötən il böyük məbləğdə zərər edib

"Azərelektrikşəbəkətikinti" ASC-nin 2022-ci ili 1 milyon 459 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 35 min 436 manat xalis mənfəət ilə bağlamışdı. Zərər gəlirlərin azalması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, 2021-ci ildə "Azərelektrikşəbəkətikinti"nin əsas əməliyyat gəlirləri  8 milyon 193 min manat ikən, 2022-ci ildə 116 min manata düşüb (70 dəfədən çox azalıb). Gəlirlərin azalmasına baxmayaraq şirkətin əməliyyat və inzibati xərcləri davam edib.
31 dekabr 2022-ci il tarixində "Azərelektrikşəbəkətikinti" 2 milyon 195 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda  3 milyon 751 min manat cəmi aktivlərə malik idi (ötən il aktivləri 1 milyon 556 min manat azalıb).
Xatırladaq ki, 21 aprel 2023-cü il tarixində "Azərelektrikşəbəkətikinti" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdi. Yğıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdi:
1. Cəmiyyətin 2022-ci ilin maliy­yə-təsərrüfat fəaliyyətinin yekunları­na dair idarə heyətinin hesabatı.
2. Cəmiyyətin ayrılma üsulu ilə yenidən təşkili.
3. Cəmiyyətin ləğv olunması.
4. Cəmiyyətin ləğv olunması ilə əlaqədar ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.
5. İdarə heyətinin, direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının tərkibində də­yişiklik olunması.
6. ASC-nin nizamnaməsinə yeni redaksiyada düzəliş edilməsi.

Maliyyə     Tarix: 02 iyun 2023

Oxşar xəbərlər

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar kursu bu gunun xeberleri pul qazanmaq