"Azərlotereya"dan şəhid övladlarına Türkiyədə "Zəfər Günü" sürprizi - VİDEO

"Azərlotereya" ASC Zəfər Günü ərəfəsində "Əmanətə sədaqət" layihəsi çərçivəsində təhsil təqaüdü ayırdığı şəhid ailə üzvləri ilə Türkiyənin İstanbul şəhərində görüş keçirib.
FED.az xəbər verir ki, tədbir canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verərək bizə zəfər hissi yaşadan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra tədbir iştirakçılarını salamlayan "Azərlotereya"nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışına Türkiyədə təhsil alan tələbələr üçün hazırlanan sürprizi təqdim etməklə başlayıb. O, tələbələrin Azərbaycandan gələn ailə üzvlərini tədbirin keçirildiyi zala dəvət edib.
"Əziz analar və bacılar, şəhidlərimizin bizə əmanəti olan dəyərli tələbələrimizi Zəfər Günündə sizlərlə burada görüşdürmək, bu böyük günü sizli-bizli birlikdə qeyd etməyi düşündük. Çox sağ olun ki, bizim bu təklifimizi qəbul etdiniz, övladlarınıza sürpriz edərək buraya - onların görüşünə gəldiniz".
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sürpriz görüşün təşkili, eləcə də şəhid ailələrinə ayrılan diqqətə görə "Azərlotereya" ASC-yə təşəkkür edib.
Daha sonra şəhid baş leytenant Hikmət Səfərovun həyat yoldaşı Gülnarə Səfərova çıxış edib: "Zəfər Günü ərəfəsində bu gözəl və özəl təşəbbüsü irəli sürən, reallaşmasında əziyyəti keçən hər kəsə - başda Demirören Holdinq",  Azərlotereya ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə sonsuz minnətdarlığımı bildirirəm".
"Atam qardaşlarımı və məni təhsilli görmək istəyirdi" - deyən şəhid XTQ mayoru Tofiq Kərimovun oğlu Anar Kərimov isə təhsilinə göstərilən dəstəyin onun üçün önəmli olduğunu vurğulayıb: "Universitet həyatı nə qədər gözəl olsa da, bir o qədər də çətinlikləri var. "Azərlotereya" ASC-yə təşəkkür edirəm ki, bu çətinliklərdə bizim yanımızda olub dəstək göstərir".
Qeyd edək ki, "Azərlotereya" ASC-nin Elm və Təhsil Nazirliyi, eləcə də "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 66 nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. "Azərlotereya" ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.

Biznes     Tarix: 10 noyabr 2022

Oxşar xəbərlər

"Azərsun"un 103 milyonluq şirkəti – MMC-yə ÇEVRİLİR

"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC (VÖEN: 290107511) təşkilatı hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət MMC-yə çevrildiyini elan edib. "Azərsu

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı


iqtisadi xeberler biznes krediti rubl mezenne online pul qazanmaq biznes qurmaq