"Azərlotereya"dan Zəfər Günü ilə bağlı maraqlı videoçarx – HARADA QALMIŞDIQ?
"Azərlotereya" ASC 8 noyabr – Zəfər Gününün ikinci ildönümü münasibətilə xüsusi videoçarx hazırlayıb.
"Harada qalmışdıq?" ideyası ilə hazırlanan film qazanılan böyük Zəfərdən sonra Qarabağda canlanan həyatı özündə əks etdirir. Qəhrəman "Qaçqın şəhərciyi"ndən Ağdamda açılan ilk məktəbdə dərsə gedən müəllimdir. Film onun sinif otağına daxil olduqdan sonra sanki aradan 30 il keçməyibmiş kimi Qarabağda həyatın qaldığı yerdən davam etdiyinə işarə edən "Harada qalmışdıq?" sualı üzərində qurulur.
Müəllimin vətən torpağına gedən yolda qururla, başı dik şəkildə və mətin addımlarla irəliləməsi vətən sevgisinin böyük təzahürü kimi təqdim olunur. Şərəflə və zəfər eşqi ilə böyüyən övladlarımızla parlaq gələcəyin bizi gözlədiyi vurğulanır.
Sözügedən videoçarxı təqdim edirik: / fed.az

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?