"Azərsığorta" şirkəti 14 minə yaxın müştəriyə sığorta ödənişi həyata keçirib

100 ildən çox tarixə malik olan "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti cari ilin yanvar-iyul ayları üzrə həyata keçirdiyi sığorta ödənişlərinin həcmini və ödəniş alan müştərilərin sayını açıqlayıb. 
Mətbuat katibliyindən verilən məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında Şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 13 675 863 manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə sığorta ödənişi alan müştərilərin sayı da açıqlanıb. Təkcə cari ilin iyul ayı əzində "Azərsığorta" şirkəti tərəfindən 1597 müştəriyə sığorta ödənişi verilib.
Ümumilikdə isə, yanvar ayından iyul ayının sonunadək müxtəlif sığorta hadisələri üzrə ödəniş alan müştərin sayı 13545-ə çatıb.   
Onu da qeyd edək ki, bu ilin 7 ayın nəticələrinə görə, "Azərsığorta" şirkəti ən çox sığorta ödənişi edən şirkət olaraq ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk 4-lükdə yer alıb.     
Xatırladaq ki, "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda "Azərsığorta" brendi ilə fəaliyyətini uğurla davam etdirən "Azərsığorta" Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
"Azərsığorta" sığorta yığımları və sığorta ödənişlərinin həcminə görə bazarın qabaqcıl şirkətlərindəndir. 

Banklar     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

"PAŞA Bank" yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb

PAŞA Bank 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrini mətbuat konfransında açıqlayıb. Bu, Bankın Azərbaycanda özəl bank sektorunda ilk IPO-nu uğurla başa çatdırmasından sonra keçirdiyi ilk mətbuat konfrans

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Sizin Lombard" ödənişləri "M10"-da ®

Sizin Lombard müştərilərinin Lombard krediti ödəniş prosesini daha rahat və operativ etmək məqsədilə yeni ödəniş imkanını istifadəyə verib. Artıq müştərilər kredit ödənişlərini M10 vasitəsilə, evdən çıxmadan, rahat həyat

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir

Azərbaycan Mərkəzi Bankının gələn çərşənbə günü keçiriləcək növbəti iclasında uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayacağı gözlənilir. Niderlandın ING bank qrupunun analitik icmalında bildirilib ki, Azərbaycanın Mərkəz


iqtisadi xeberler dollar manat kursu iqtisadiyyat xeberleri valyuta xeberleri depozit faizleri