"Azərsığorta" şirkəti yeni konseptdə ilk filialını açdı – FOTO

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan dövlətə məxsus "Azərsığorta" şirkəti filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni konseptdə qurulmuş ilk filialının rəsmi açılışını edib. 
Şirkətin mətbuat katibliyindən verilən məlumata görə, strateji inkişaf planına uyğun olaraq yeni konsetpdə istifadəyə verilən ilk filial Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən "Paytaxt" filialı olub.
Yeni filial müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Belə ki, paytaxt sakinləri yeni konsepsiyada təmir edilmiş filiala yaxınlaşmaqla "Azərsığorta" şirkətinin təklif etdiyi icbari və könüllü sığorta növlərindən faydalana bilərlər.  
Şirkətin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı açılış mərasimində çıxış edərək bildirib ki, filialların yeni konseptdə qurulmasında əsas məqsəd əməkdaşların iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müştərilərə göstərilən sığorta xidmətlərinin operativliyini və keyfiyyətini daha da artırmaqdır: "Ümid edirəm ki, yeni filialımız vasitəsi ilə müştərilərə sığorta məhsullarının əlçatanlığını təmin etməklə onların sığorta xidmdətlərinə ayıracağı vaxtı minimuma endirəcəyik. Əsas strateji hədəflərimizdən biri olan müştəri məmnuniyyəti səviyyəsini daha da yüksəltməkdir. İnanıram ki, "Azərsığorta" şirkətində aparılan yenilənmə işləri bundan sonra da uğurla davam etdiriləcək" , - deyə C.Qurbanlı qeyd edib.   
Qeyd edək ki, rəsmi açılış mərasimində "Azərsığorta" şirkətinin rəhbər heyəti və digər qonaqlar iştirak edib. 
Xatırladaq ki,"Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda "Azərsığorta" brendi ilə fəaliyyətini uğurla davam etdirən "Azərsığorta" Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.

Banklar     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler pul qazanmaq dollarin kursu bu gun bitkoin almaq dollar məzənnəsi