"Azerspace-1" sığortaçı seçir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 53 milyon ABŞ dolları olan "Azerspace-1" telekommunikasiya peykinin 2025-ci il üzrə orbitdə sığortalanması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 1 000 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 10-u, saat 16:00-a qədər "Azərkosmos"un yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.
Təkliflərə yanvarın 10-u, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, bu il dəyəri 66,5 milyon ABŞ dollar, 2023-cqü ildə isə dəyəri 80 milyon ABŞ dolları olan "Azərkosmos" peykinin sığortalanması üçün "Paşa Sığorta" ASC cəlb edilmişdi. Bu xidmətə görə sığorta şirkətinə müvafiq olaraq 1 milyon 436,5 min manat və 946,5 min manat ödənilib.
Xatırladaq ki, "Azerspace-1" peyki 2013-cü ildə yerətrafı orbitə buraxılıb. "Azerspace -1"in istismar müddəti 17 ildir.
"Azerspace-1" rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?