"Azexport" portalı 2026-cı il üçün ilk ixrac sifarişini ABŞ-nin Kaliforniya ştatından aldı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalı 2026-cı il üçün ilk ixrac sifarişini Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatından qəbul edib.
"Azexport" portalının rəhbəri Ayxan Qədəşov və Kaliforniyada yerləşən ticarət şəbəkəsinin rəhbəri Aleks Alşvenq arasında keçirilən onlayn təqdimat və müzakirələr nəticəsində bu barədə razılıq əldə edilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ayxan Qədəşov bildirib ki, sifarişlər əsasən Azərbaycanda istehsal edilən emal olunmuş məhsulları, şirniyyat və qənnadı məmulatlarını, eləcə də bəzi milli kulinariya məhsullarını əhatə edir. Hazırda qəbul olunmuş sifarişlər üzrə beynəlxalq sertifikatlaşdırma, ABŞ tələblərinə uyğun etiketləmə, logistika və gömrük prosedurlarının təşkili istiqamətində zəruri işlər həyata keçirilir. Bu proseslərin məqsədi Azərbaycan məhsullarının Kaliforniya bazarına sistemli və davamlı çıxışını daha da möhkəmləndirməkdir.
Qeyd edək ki, "Azexport" portalı yerli istehsalçıların məhsullarının beynəlxalq alıcılara təqdim olunması, eləcə də onlayn platformalar vasitəsilə rəqəmsal reklam və marketinq kampaniyalarının həyata keçirilməsi üzrə fəaliyyət göstərir. Portalda qeydiyyat və təqdim olunan xidmətlər istehsalçılar üçün ödənişsizdir. / marja.az

Maliyyə     Tarix: 06 yanvar 2026

Oxşar xəbərlər

"Azərlotereya" 2025-ci il üzrə maliyyə hesabatını açıqladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdə

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd


iqtisadi xeberler birbank leobank kart bitcoin qiymeti bank faizleri