AZPUL kredit şirkətinin vəzifəli şəxsi daha böyük məbləğdə cərimə edildi
Azərbaycan Mərkəzi Bankı "BOKT AZPUL" MMC-nin, "PARA BOKT" ASC-nin və "MJ Financial Services BOKT" ASC-nin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb olunmaları barədə məlumat yayıb.
Marja xəbər verir ki, ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, Bank olmayan kredit təşkilatı AZPUL MMC-nin vəzifəli şəxsi 6 000 (altı min) manat məbləğində cərimə edilmişdir.
BOKT "Azpul" MMC 2020-ci ildən lisenziya əsasında ölkənin mikrokredit bazarında fəaliyyət göstərir. Təşkilat AZPULMAT tətbiqi vasitəsilə kreditlər təklif edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "PARA" Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "MJ Financial Services Bank olmayan kredit təşkilatı" ASC-nin vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Onlayn biznes ideyaları
Françayzinq nədir və necə olur?
İnstaqramda biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Dünyada ən çox oxunan 5 kitab