"Aztelekom"un "Rabitəbank"dakı səhm payı artıb
"Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") "Aztelekom" MMC-yə birləşdirilməsi nəticəsində birincinin "Rabitəbank" ASC-dəki 0,0462%-lik payı "Aztelekom"a keçib.
Banker.az xəbər verir ki, bununla da "Aztelekom"un "Rabitəbank"dakı payı 0,044%-dən 0,0902%-ə yüksəlib.
Bankın digər səhmdarlarının paylarında dəyişiklik olmayıb. Belə ki, səhmlərin 38,6%-i Rauf Əliyevə, 34,64%-i Validə Abbasovaya, 11,4835%-i Zakir Nuriyevə, 9,1099%-i Dilarə Nuriyevaya, 6,0272%-i Aslan Xasiyevə məxsusdur.
Bankın hazırda nizamnamə kapitalı 101,3 milyon manat təşkil edir.
Qalan səhmlərin 0,024%-i "Bakcell" MMC-nin, 0,012%-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin, 0,008%-i "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin, 0,004%-i "Bakı Teleqrafı" ASC-nin, 0,0012%-i isə "AzInTelecom" MMC-nin payına düşür.
Qeyd edək ki, 2025-ci il aprelin 25-də qərar qəbul edilib ki, "Baktelekom", "AzEvroTel", "Gəncə Telekommunikasiya İdarəsi", "Azərrabitəlayihə" və digər bir neçə struktur "Aztelekom"a qoşulublar.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?