Bağlanan bankın işçilərindən etiraz - "İşsizlikdən sığorta üçün müraciət edə bilmirik"

Bağlanan bankın işçilərindən etiraz - "Bağlanan "Muğanbank"ın 500-ə yaxın işçisi kompensasiya ala bilmir. Buna səbəb Əmanətlərin Sığortalanması Fondunun işçiləri "70 a" maddəsi ilə işdən kənarlaşdırmaq əvəzinə "68 c" maddəsi ilə uzaqlaşdırmasıdır".
Bu iddia ilə "Muğanbank"ın bir qrup əməkdaşı müraciət edib. 
Onlar bildirir ki, sözügedən maddə ilə uzaqlaşdırılan əməkdaşlar işsizlikdən sığorta üçün də müraciət edə bilmir: ""68 c" maddəsində qeyd olunur ki, işçi təklif olunan əməkhaqqı ilə işdə qalıb davam edə bilər. Halbuki çox aşağı əməkhaqqı verirlər. Aydın məsələdir ki, əksər işçilər bu şərtlərlə razılaşmırlar. Nəticədə onlara elə bir şərait yaradılır ki, özləri işdən imtina edirlər. Bunu isə ona görə edirlər ki, ləğv olunan bankın işçilərinə kompensasiya verməsinlər. 500-dən artıq işçinin haqqına girirlər. Əslində bizdən qabaq da digər banklar bağlanıb və onlarda proses şəffaf olub, belə problem yaşanmayıb. Bu maddə ilə uzaqlaşdırılan işçi işsizlikdən sığorta üçün də müraciət edə bilmir". 
Problemlə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi müəssisə ləğv edildikdə işçilərin əmək müqavilələrinə xitamını özündə ehtiva edir:
"LPO "Muğanbank" ASC-yə münasibətdə bildiririk ki, müəssisə ləğv edilməyib, müəssisəyə müvafiq qurum tərəfindən verilmiş bank lisenziyası ləğv edilib. Yəni LPO "Muğanbank" ASC kredit vermir, əmanət qəbul etmir, pul köçürmələrini və s. bu kimi bank fəaliyyətini özündə cəmləşdirən funksiyaların icrasını təmin edə bilmir. Bank hüquqi şəxs olaraq ləğvetmə prosesindədir və hüquqi şəxs olaraq fəaliyyətini davam etdirir. Qeyd edilən səbəbdən LPO "Muğanbank" ASC-nin işçilərinin əmək müqavilələrinə sözügedən əsasla xitam verilməsi qanunla nəzərdə tutulmayıb. Müflis elan edilməsi bankın aktiv fəaliyyəti dövründə zəruri olan bəzi strukturlara olan tələbatı aradan qaldırıb. Bu səbəbdən ştat cədvəlinin yenidən formalaşdırılması və işçilərin azaldılması istiqamətində ləğvedici tərəfindən qanunamüvafiq tədbirlər görülməkdədir". 
Qurumdan, həmçinin bildirilib ki, qanunla nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən LPO "Muğanbank" ASC-nin ixtisar ediləcək işçilərinə ixtisar xəbərdarlığı edilib:
"Əmək şəraiti şərtləri dəyişdiriləcək işçilərə bu əsasla bildiriş verilib, öz xahişi ilə azad olunmaq istəyən işçilər həmin əsasla işdən azad edilib. Yəni bu onun göstəricisidir ki, qanunla nəzərdə tutulmuş hər üç hala rast gəlmək mümkündür. Nəzərinizə çatdırırıq ki, "Muğanbank" ASC-nin bankın müflis elan edilmə tarixinə 530 nəfər işçi heyəti olub. Məlumdur ki, bankın lisenziyasının ləğvinə səbəb olan əsas amil sözügedən bankda kapital çatışmazlığı, adekvatlıq əmsallarının qanunla müəyyən edilmiş qaydada olmaması ilə bağlı olub.
Eyni zamanda diqqətinizə çatdıraq ki, LPO bankın sonrakı fəaliyyətində lazımi işçi heyəti ilə ləğvedici arasında əmək münasibətləri davam etdirilir".
©  "Qafqazinfo" / marja.az

Banklar     Tarix: 21 noyabr 2023

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler online pul qazanmaq en son xeberler pul qazanmaq dollar mezenne