Bank 23-cü filialını Zaqatalada açdı
"Yelo Bank"ın sayca 23-cü xidmət məntəqəsi Zaqatala şəhərində fəaliyyətə başlayıb.
Marja.az Bankın yaydığı məlumata istinadən xəbər verir ki, Faiq Əmirov küçəsi, 12C ünvanında yerləşən filial Bank-ın özünəməxsus "parlaq bankçılıq" konsepti əsasında qurulub. Müasir və işıqlı interyeri ilə fərqlənən filialda müştərilərin rahatlığı üçün hər bir detal nəzərə alınıb. Burada həm fərdi, həm də biznes müştərilərinə geniş çeşiddə bank xidmətləri, o cümlədən kredit, əmanət, kart əməliyyatları və digər gündəlik maliyyə xidmətləri təklif olunur. Həmçinin, 24/7 xidmət zonasında ATM və terminallar vasitəsilə günün istənilən vaxtı nağdlaşdırma və ödənişlər etmək mümkündür.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yelo Bank-ın əsas məqsədi maliyyə xidmətlərini hər kəs üçün əlçatan etmək və bölgələrdə real sektorun inkişafına dəstək olmaqdır. Yeni filial Zaqatala və ətraf rayonlardakı kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər üçün maliyyə resurslarına əlçatanlığı asanlaşdıracaq. Strategiyasına uyğun olaraq Bank, regionlarda fəaliyyətini daha da gücləndirməyi planlaşdırır.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt