Bank Avrasiya-da şəxsi məlumatlarını myGov-la təqdim et
®Bank Avrasiya rəqəmsal imkanlarını daha da genişləndirərək, müştərilərinin bank xidmətlərindən daha sürətli, təhlükəsiz və rahat şəkildə istifadə etməsi üçün yeni bir imkan təqdim edib.
Artıq Bank Avrasiya-nın bütün filiallarında müştərilər fiziki şəxsiyyət vəsiqəsini təqdim etmədən, "myGov" platforması üzərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə bank əməliyyatlarını asanlıqla həyata keçirə bilərlər.
Bu innovativ yanaşma həm vaxta qənaət, həm də müştəri təcrübəsinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli üstünlüklər yaradır. Xidmətin istifadəsi isə çox sadədir: "myGov" platformasında təqdim olunan şəxsiyyət vəsiqəsinə aid QR kodu bank əməkdaşına göstərmək kifayətdir.
Bank Avrasiya — Avropa keyfiyyəti, Asiya ənənələri.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı Bankın Facebook, Instagram, Linkedin sosial media hesablarından və ya *2226 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
"Bank Avrasiya" ASC, 251 saylı lisenziya, 28.11.2007, AR Mərkəzi Bankı. / banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes təlimlər və tədris üsulları
Mcdonalds françayzinqi neçiyədir?