Bank "BTB" 2024-cü ili mənfəətlə başa vurub
Bank "BTB" 2024-cü ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən il ərzində bank bütün göstəricilər üzrə müsbət dinamikanı davam etdirib. Belə ki, 2024-cü il ərzində bankın xalis əməliyyat mənfəəti 2023-cü ilin nəticələri ilə müqayisədə 91% artaraq 5,3 milyon manat təşkil edib.
Eyni dövr ərzində Bankın xalis faiz gəlirləri 9% artaraq 12,3 milyon manat, qeyri-faiz gəlirləri 31% artaraq 6 milyon manat, xalis qeyri-faiz gəlirləri isə 90% artaraq 4 milyon manat olub.
Bank ipoteka kreditləri üzrə mövqeyini qoruyur və sabit artımı nümayiş etdirməkdə davam edir. 2024-cü ilin 12 ayı ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 161 müştəriyə 16 milyon 475 min manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 88 müştəriyə 5 milyon 447 min manat həcmində kreditlər rəsmiləşdirib. Bu göstəricilər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 35,9 % artım deməkdir.
2024-cü ilin 4-cü rübün sonuna Bankın məcmu kapitalı 51,1 milyon manat təşkil edib, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21.4% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.


/ marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları