Bank BTB-də yeni rəqəmsal imkan
(®) Bank "BTB", müştərilərin bank əməliyyatlarını daha rahat və operativ həyata keçirə bilmələri üçün rəqəmsal imkanlarını gündən-günə genişləndirməkdədir. Artıq Bank "BTB"-nin bütün filiallarında müştərilər fiziki şəxsiyyət vəsiqəsi təqdim etmədən, "mygov" platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə edərək bank xidmətlərindən yararlana biləcəklər.
Bu yenilik müştərilər üçün vaxta qənaət və əlavə rahatlıq baxımından yeni bir imkan kimi qiymətləndirilir. Bunun üçün sadəcə "mygov" platformasında şəxsiyyət vəsiqəsinə aid 8 simvoldan ibarət unikal kodu bank əməkdaşına təqdim etmək kifayətdir.
Onu da nəzərə çatdıraq ki, Bank "BTB" bu xidməti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində istifadəyə verib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, şəxsiyyət vəsiqəsi məlumatlarının "mygov" platforması üzərindən təqdim edilməsi fiziki sənədin təqdim edilməsi ilə eyni hüquqi qüvvəyə malikdir.
Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb və www.instagram.com/bankbtb ünvanlarında olan sosial səhifələrindən ətraflı məlumat almaq mümkündür.
Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
/ marja.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən varlı 10 müğənnisi
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes planı necə yazmaq lazımdır?