Bank "BTB" ilk 6 ayı xalis mənfəət ilə başa vurub, əməliyyat mənfəəti isə 2,5 dəfə artıb

Bank Bank "BTB" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 226 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin ilk yarısını 309 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklər üzrə xərc ilə əlaqədardır. Hesabat dövründə Bankın cəmi əməliyyat gəlirləri artıb, əməliyyat mənfəəti yüksəlib. 
GƏLİRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Bank Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində Bank "BTB"nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 17 milyon 978 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 674 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 304 min manat təşkil edib.Həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olan 708 min manat mənfəətə əlavə olunub. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət 3 milyon 12 min manat təşkil edib. 
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 6 ayı ərzində Bank "BTB"nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 856 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 951 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 905 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olan 2 milyon 252 min manat mənfəətə əlavə olunmuşdu. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət 3 milyon 157 min manat olmuşdu. 
Beləliklə, 2024-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Bank "BTB"nin əməliyyat mənfəəti 1 milyon 399 min manat və ya 2,5 dəfə artıb.
KREDİT PORTFELİ BÖYUYÜB
30 İyun 2024-cü il tarixində Bank "BTB" 366 milyon 259 min manat cəmi aktivlərə, o cümlədən 273 milyon 585 min manat xalis kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2023-cü ilin sonunda 369 milyon 155 min manat cəmi aktivlərə, 268 milyon 610 min manat xalis kredit portfelinə malik olmuşdu. Beləliklə, ilk 6 ayda Bankın kredit portfeli 4 milyon 975 min manat və ya 1,8% artıb.
30 İyun 2024-cü il tarixində Bank "BTB" 313 milyon 617 min manat cəmi öhdəliklərə malik olub (30 dekabr 2023-cü il tarixində 321 milyon 791 min manat).
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2024-cü il tarixində Bank "BTB" 52 milyon 140 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 50 milyon 977 min manat məcmu kapitala malik idi. 
Bank Bank Bank Bank Bank

Banklar     Tarix: 16 iyul 2024

Oxşar xəbərlər

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq

Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakir

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini


iqtisadi xeberler kicik biznes avtomobil xeberleri investisiya leobank kart