Bank BTB MİDA xətti ilə verilən güzəştli ipoteka kreditləri üzrə aparıcı bank mövqeyini qoruyur
(®) Güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən mənzillərin alınması üçün Bank "BTB"-yə müraciət edə bilərlər.
Qeyd edək ki, MİDA 2016-cı ildən fəaliyyət göstərir və Bank "BTB" 2017-ci ildən etibarən bu Agentliklə əməkdaşlıq edir. Artıq 7 il ərzində bank 4%-lə güzəştli ipoteka kreditləri təklif edir. Bu günə qədər Bank "BTB" vasitəsilə 1400 vətəndaşa 59 milyon manatdan çox güzəştli MİDA krediti verilib.
Bank, MİDA mənzillərinin alınması üçün ilkin ödəniş 10% olmaqla, illik 4%-lə, 30 il müddətə, 100 000 AZN məbləğə qədər güzəştli ipoteka kredit təklif edir. MİDA xətti ilə satılan mənzillər üzrə kreditin rəsmiləşdirilməsi bir (1) iş günü ərzində, 0 komissiya ilə həyata keçirilir. Həmçinin, bank tərəfindən mənzil sahiblərinə dəyərli hədiyyələr təqdim olunur.
Beləliklə, Bank "BTB"-dən güzəştli ipoteka krediti üçün müraciət etməyə üç əsas səbəb:
1.Peşəkar çevik xidmət: Sənədləşmə yalnız 1 iş günü ərzində tamamlanır.
2.0% komissiya haqqı: Kreditin rəsmiləşdirilməsi zamanı müştəridən komissiya tutulmur.
3.Dəyərli hədiyyələr: Güzəştli mənzilləri Bank "BTB"-də rəsmiləşdirən müştərilərə məişət əşyaları hədiyyə olunur.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə ətraflı məlumat almaq üçün Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri və (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı üzrə müraciət edə bilərlər. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Onlayn biznes ideyaları
Françayzinq nədir və necə olur?
İnstaqramda biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Dünyada ən çox oxunan 5 kitab