Bank BTB növbəti dəfə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə öz töhfəsini verdi
®Bank BTB korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq əhalinin həssas qrupları sayılan (əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və işaxtaran şəxslər və b.) şəxslərin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramını uğurla davam etdirir.
Bu dəfə proqram çərçivəsində Bank BTB Yevlax, Goranboy, Göygöl və Tərtər rayonlarında müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 4 aztəminatlı ailəyə lazımi avadanlıqların alınmasını təmin edib.
Onlardan Mustafayeva Tamam və Məmmədova Saidə xanıma qadın gözəllik salonunda fəaliyyətləri üçün zəruri avadanlıqlar alınaraq təhvil verilib. Həmçinin, Əsədova Lütviyyə və Kərimova Vəsilə xanıma dərzilik peşəsi istiqamətində öz kiçik bizneslərini qurmaq üçün Bank BTB tərəfindən dəstək verilmişdir.
Qeyd edək ki, Bank BTB Özünüməşğulluğa Dəstək layihəsi çərçivəsində ümumilikdə 48 ailəyə yardım edib. Məqsəd ölkədə həssas əhali qrupları arasında özünüməşğulluğun təmin edilməsilə yanaşı, kiçik sahibkarlığın inkişafına da dəstək olmaqdır.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp () nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
1000 manatla hansı biznesi qurmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Necə Bitcoin almaq olar?
"Freelance" nədir?