"Bank BTB"nin əməliyyat mənfəəti 12 dəfədən çox artıb

"Bank BTB" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 309 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 274 min manat xalis zərər ilə bağlamışdı. Bu il "Bank BTB"nin xalis mənfəəti faiz gəlirlərinin artmasından və xərclərinin azalmasından qaynaqlanır. 
Marja.az xəbər verir ki, "Bank BTB"nin faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 9,8% artaraq 14 milyon 670 min manat, qeyri-faiz gəlirləri isə 19,1% azalaraq 2 milyon 186 manat təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin birinci yarısında "Bank BTB" nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 856 manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 951 manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 905 min manat təşkil edib. Həmçinin, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatında azad olan 2 milyon 252 min manat mənfəətə əlavə edilib, nəticədə vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət 3 milyon 157 min manat təşkil edib. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklər üzrə 2 milyon 848 min manat xərc mənfəətin 309 min manata düşməsinə səbəb olub.
Qeyd edək ki, 2022-ci ilin ilin birinci yarısında "Bank BTB" nin cəmi əməliyyat gəlirləri 16 milyon 59 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 985 min manat, əməliyyat mənfəəti 74 min manat təşkil etmişdi. Bu il Bankın əməliyyat mənfəəti 12 dəfədən çox artıb. Bunun səbəbi Bankın əməliyyat gəlirlərinin artmasına qarşılıq əməliyyat xərclərinin azalmasıdır. 
2022-ci ilin ilin birinci yarısında "Bank BTB" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 274 min manat ayırdığından həmin dövrü zərər ilə bağlamışdı.
BANK BÖYÜYÜB
"Bank BTB"nin cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7,6% artaraq 30 iyun 2023-cü il tarixində 381 milyon 214 min manat təşkil edib.Bankın xalis kredit portfeli (müştərilərə verilmiş kreditlər) 10% artaraq 262 milyon 149 min manata çatıb.
Xəbər yenilənir...

Banklar     Tarix: 24 iyul 2023

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler valyuta mezennesi valyuta xeberleri biznes qurmaq dollar mezenne