Bank "BTB"yə əlavə maya qoyulur - MƏBLƏĞ

Bank Bank "BTB" ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılır.
Marja.az Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir ki, Bank hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edib. 
Təklifin səbəbi Bankın gələcək inkişafı və artım planlarının icrası çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi minimum kapital tələblərinə cavab verməsi və dayanıqlı kapital mövqeyinin təmin olunmasıdır. Emissiya nəticəsində cəlb olunucaq vəsait Bankın fəaliyyətinin mühüm növlərindən biri olan kreditləşmədə istifadə olunacaq. Emissiyanın həyata keçirilməsi nəticəsində cəlb olunacaq vəsaitin xalis məbləği 4 milyon 994 min 300 manat gözlənilir.
31 dekabr 2023-cü il tarixində Bank "BTB" ASC-nin nizamnamə kapitalı 66 milyon 450 min manat təşkil edib. Lakin yığılmış 19 milyon 87 min manat zərər ilə əlaqədar olaraq cəmi kapital 47 milyon 363 min manat təşkil edib. Bankın nizamnamə kapitalı hər birinin nominal dəyəri 1000  manat olan 66 450 ədəd adi, sənədsiz, adlı səhmdən ibarətdir.
Yerləşdirmə uğurla yekunlaşarsa Bankın nizamnamə kapital 71 milyon 450 min manata yüksələcəkdir.
Yerləşdirmənin anderrayteri "Assist Finance İnvestisiya Şirkəti"dir. 
Hazırda Bank "BTB" ASC-nin səhmdarları Mehdiyeva Nigar İsmayıl qızı (74.9872% ), Sadiq Rza İsmayıl oğlu (19.0128%) və Mahmudova Tükazban Ağa qızıdır (6%).

Banklar     Tarix: 06 mart 2024

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri