Bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
Kiberdələduzlar tərəfindən "Telegram" tətbiqində "Kapital Bank" ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar: "Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir".
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları