Bank depozitlərinə vergi güzəştinin dayanması portfelə təsir edib

Bank depozitlərinə vergi güzəştinin dayanması portfelə təsir edibHökumətin 1 fevral 2023-cü il tarixindən bank depozitlərinə tətbiq edilən vergi güzəştinin uzadılmamasına artıq əmanətçilər ilkin reaksiyanı verib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin fevral ayında müştərilərin banklardakı depozitlərinin həcmi 1.2 faiz azalaraq 32 mlrd. 968.8 mln. manatdan 32 mlrd. 560.8 mln. manata düşüb.
Azərbaycanda 2016-cı ildən əhali və şirkətləri  banklarda depozit yerləşdirilməsində həvəsləndirmək üçün onların 10%-lik gəlir vergisindən azat etmişdi. 1 fevraldan 10 000 manatlıq depoziti 9% illik ödəniş faizi ilə cəlb edilirdisə, bu 900 manat gəlir sayıldığı üçün 10%-lik gəlir vergisinə cəlb ediləcək. Yəni müştəri buna görə dövlətə 90 manat vergi ödəməlidir.
Cəlb edilmiş depozitlərin hazırda 15 milyard 550.2 mln. manatı xarici valyutadadır.
Azalma əsasən əhali və şirkətlərin müddətli depozitlərində deyil, tələbli depozitlərində qeydə alınıb. Müddətli bəlli müddətə bankda faiz gəliri əldə edilmək şərti ilə qoyulan depozitdir.
Məsələn, fevralın əvvəli əhalinin banklardakı müddətli depozitləri aylıq müqayisədə 2.2% artaraq 6 mlrd. 336.1 mln. manata yüksəldiyi halda, tələbli depozitlərin həcmi 3.1% azalaraq 5 mlrd. 317.8 mln. manat təşkil edib.
Bankların əsas maliyyə mənbəyi olan şirkətlərin tələbli depozitlərinin həcmi 18 mlrd. 62.2 mln. manat olmaqla fevralı 4% azalma ilə qapadıb. Müddətli depozitlər isə 15.5% artaraq 2 mlrd. 844.7 mln. təşkil edib.Bank depozitlərinə vergi güzəştinin dayanması portfelə təsir edib

Banklar     Tarix: 30 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler leobank kart avtomobil xeberleri bitcoin qiymeti birbank