Bank depozitlərinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.01.2026)
Azərbaycan bank sektorunda depozit portfeli 2025-ci ilin IV rübünün sonuna 38 milyard 221.9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1.4 faiz artım deməkdir.
Banker.az bank hesabatlarını hesabatlarını hesablayaraq bu nəticəyə gəlir.
Depozit portfeli üzrə bazarın lideri ABB olub. Bankın depozitləri 8 milyard 892.9 milyon manat təşkil edib, lakin illik müqayisədə 11.1 faiz azalma qeydə alınıb.
İkinci yerdə "Kapital Bank" qərarlaşıb. Bankın depozit portfeli 8 milyard 288.7 milyon manat olub və illik azalma 7.7 faiz səviyyəsində olub. Bank bununla liderlə arasındakı fərqi endirmiş olub.
Üçüncü pillədə "PAŞA Bank" qərarlaşıb. Bankın depozitləri 7 milyard 552.1 milyon manat olub və illik müqayisədə 17.8 faiz artım qeydə alınıb.
Dördüncü və beşinci yerləri "Xalq Bank" (1 milyard 921.3 milyon manat) və Azər Türk Bank (1 milyard 554.2 milyon manat) tutub. Bu bankların depozitləri müvafiq olaraq 0.8 faiz və 6.5 faiz artıb.
Beləliklə, depozit portfeli üzrə TOP-5 bankın cəmi 27 milyard 208.4 milyon manat təşkil edib ki, bu da ümumi bazarın təxminən 71.2 faizinə bərabərdir. Öncəki ildə bu rəqəm 76.3% olmuşdu.


Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?