"Bank əmanətlərinin 73 %-nin məbləği 30 min manata qədərdir"
Azərbaycanda banklara yerləşdirilən əmanətlərin 73 %-nin məbləği 30 min manata qədərdir.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Bu sahədə fevral ayından bəri azalma müşahidə edirik", - deyə o qeyd edib.
"Bizi narahat edən digər bir məqam isə 1 ilə qədər müddətə yerləşdirilmiş əmanətlərin ümumi əmanətlərdə payının 81 % təşkil etməsidir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzunmüddətli maraqları kifayət qədər deyil ki, aktiv şəkildə biznes kreditləri versinlər", - deyə sədr əlavə edib.
"Narahat edici məqamlardan biri də valyuta təklifinin tələbi üstələdiyi vaxtda AMB-nin valyuta bazarına alış yönümlü müdaxiləsidir. Müdaxilə baş verirsə, pul təklifi arta bilər və gələcək inflyasiyanın artımının qarşısını almaq üçün AMB-nin sterelizasiya əməliyyatlarının genişlənməsi zəruri ola bilər. Bu isə xərclərimizin artımı deməkdir", - deyə T.Kazımov vurğulayıb.
© "Report"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?