Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi

Bank İT sistemlərini yeniləyir - iri tender elan edildi"AFB BANK" ASC İnformasiya texnologiyaları infrastrukturunun yenilənməsi və genişləndirilməsi məqsədilə Server, Storage, SAN Switch avadanlıqlarının və VMware virtualizasiya həllərinin satınalınması üzrə tenderdə iştirak etmək üçün müvafiq sahədə fəaliyyət göstərən şirkətləri tenderdə iştirak etməyə dəvət edir.
Tender çərçivəsində aşağıdakı məhsul və həllərin satınalınması nəzərdə tutulur:
Server avadanlıqları: Dell Technologies
Storage sistemləri: Dell Technologies, IBM və NetApp brendləri üzrə təkliflər qəbul ediləcək. Tenderin nəticələrinə əsasən göstərilən üç brenddən yalnız biri seçilərək satın alınacaq;
SAN Switch: Dell Technologies;
Virtualizasiya platforması: VMware by Broadcom.
Tender prosesi mərhələli şəkildə həyata keçiriləcək.
1-ci mərhələ - İştirakçıların ilkin qiymətləndirilməsi
Tenderdə iştirak etmək istəyən şirkətlər ilkin qiymətləndirmə məqsədilə aşağıdakı məlumat və sənədləri təqdim etməlidirlər:
Şirkət haqqında ümumi məlumat;
Hüquqi qeydiyyat sənədləri və VÖEN məlumatı;
Vergi öhdəlikləri üzrə borcun olmamasını təsdiq edən qüvvədə olan arayış;
Son 1-2 il üzrə maliyyə hesabatları və/və ya şirkətin maliyyə dövriyyəsi barədə arayış;
Müvafiq sahə üzrə fəaliyyət və iş təcrübəsi barədə məlumat;
Təklif ediləcək məhsullar üzrə istehsalçı, rəsmi distributor və/və ya partner statusunu təsdiq edən sənədlər;
Server, Storage, SAN və virtualizasiya infrastrukturu üzrə həyata keçirilmiş oxşar layihələr barədə məlumat;
Maliyyə və bank sektorunda həyata keçirilmiş oxşar layihələr üzrə referenslər;
Müvafiq istehsalçı sertifikatlarına malik texniki mütəxəssislər barədə məlumat;
Azərbaycanda texniki dəstək və servis imkanları barədə məlumat;
Zəmanət və satışdan sonrakı xidmət imkanları;
Şirkətin əlaqələndirici şəxsi və əlaqə məlumatları.
Storage həlləri üzrə müraciət edən şirkətlər təqdim etdikləri həllin Dell Technologies, IBM və ya NetApp brendlərindən hansına aid olduğunu, həmin brend üzrə partnerlik və ya avtorizasiya statusunu ayrıca göstərməlidirlər.
Bank təqdim olunmuş məlumat və sənədləri şirkətin hüquqi, maliyyə və texniki etibarlılığı, istehsalçı ilə tərəfdaşlıq səviyyəsi, müvafiq layihə təcrübəsi, sertifikatlı mütəxəssis heyəti və texniki dəstək imkanları baxımından qiymətləndirəcək.
İlkin qiymətləndirmədən uğurla keçmiş şirkətlər tenderin növbəti mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
2-ci mərhələ - Texniki və kommersiya təkliflərinin alınması
İlkin seçim mərhələsindən keçmiş şirkətlərə Bank tərəfindən ətraflı texniki tələblər, tələb olunan avadanlıq və lisenziyaların spesifikasiyası, xidmət və implementasiya tələbləri, habelə kommersiya təklifinin təqdim olunma qaydaları göndəriləcək.
Storage sistemi üzrə texniki və kommersiya təklifləri Dell Technologies, IBM və NetApp brendləri üzrə qəbul ediləcək və aparılan qiymətləndirmənin nəticəsinə əsasən Bank tərəfindən həmin üç brenddən yalnız birinin həlli seçiləcək.
Seçilmiş iştirakçılar təqdim edilmiş texniki tələblərə uyğun olaraq texniki və kommersiya təkliflərini təqdim etməli olacaqlar.
Bank tender prosesi çərçivəsində iştirakçılardan əlavə məlumat və sənədlər tələb etmək, təqdim edilmiş məlumatların düzgünlüyünü müvafiq dövlət qurumları, istehsalçılar, distributorlar və digər mənbələr vasitəsilə yoxlamaq hüququnu özündə saxlayır.
Tenderdə iştirak etmək istəyən şirkətlər tələb olunan məlumat və sənədləri 16 oktyabr 2026-cı il saat 18:00 tarixinədək  bankın Baş Ofisinə (Bakı şəhəri,Yasamal rayonu, N.Nərimanov pr.206.466 ) möhürlənmiş zərfdə göndərməlidir.
Müraciətin mövzusu:
"Server, Storage, SAN Switch və VMware həllərinin satınalınması üzrə tenderdə iştirak"
Əlavə məlumat üçün:
Əlaqələndirici şəxs: Vüsal Mehdiyev
Telefon: +994502901066
E-mail: [email protected]
/ marja.az

Banklar     Tarix: 05 oktyabr 2026

Oxşar xəbərlər

Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir

Ölkənin seçilən banklarından olan Bank of Baku biznes sahiblərinə öz maliyyə vəsaitlərini dəyərləndirmək və gəlir mənbəyinə çevirmək fürsəti təqdim edir. Belə ki, HÜQUQİ ŞƏXSLƏR öz sərbəst vəsaitlərini Bank of Baku-da depozi

Banklarda fərdi sahibkarların sayı 1.15 milyona çatır

Azərbaycanda fərdi sahibkarların bank sistemində sayı və bank hesabları artsa da, onların banklarda saxladığı vəsaitlərin həcmi azalır. 2026-cı ilin avqustunun sonunda bank sistemində 1 milyon 146,7 min fərdi sahibkar müştər

20 min manat limiti artıq illik hesablanacaq – elektron köçürmələrdə yeni qayda

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzalana

Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb

2026-cı ilin Avqust ayının sonunda qeyri-maliyyə təşkilatlarının manatla müddətli depozitlərinin həcmi 3 milyard 375,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ili

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

SOCAR Green-in layihələri sığortalana bilər

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Green" MMC bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını, o cümlədə

ABB "Davr Bank"ın rəhbərliyini yenidən formalaşdıracaq

Oktyabrın 9-da ABB-nin 51%-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.   xəbər verir ki, yığıncağın gündəliyinə bankın adının dəyişdirilməsi, Müşahid

Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır

Oktyabrın 9-da, saat 18:00-da "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığınca

"Azər Türk Bank"da sədr müşaviri təyin edildi

Fərid Nadirov "Azər Türk Bank"da yeni vəzifəyə təyin olunub. xəbər verir ki, Fərid Nadirov "Azər Türk Bank" ASC-də İdarə Heyəti sədrinin Biznes və Strateji Tərəfdaşlıqlar üzrə müşaviri vəzifəsinə təyi


iqtisadi xeberler dollar mezenne bu gunun xeberleri bitcoin telefonla pul qazanmaq