"Bank of Baku" 1-ci rübdə ₼3.5 milyon mənfəət açıqladı
"Bank of Baku" ASC 2024-cü ilin 1-ci rübünü 3 milyon 504 min manat xalis mənfəətlə başa vurub. 2023-cü ilin eyni dövründə isə bankın mənfəəti 9 milyon 539 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Yanvar-mart aylarında "Bank of Baku"nun cəmi gəlirləri 39 milyon 53 min manat (illik müqayisədə 23% çox), cəmi xərcləri 32 milyon 503 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il aprelin 1-nə "Bank of Baku"nun aktivləri 922 milyon 560 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5.9% çoxdur. Bunun 669 milyon 360 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 1.6% böyüyüb.
Bankın müştərilərə verilmiş kreditlərindən 487 milyon 565 min manatı istehlak kreditləri, 142 milyon 882 min manatı biznes kreditləri, 38 milyon 897 min manatı daşınmaz əmlak kreditləridir.
Hesabat dövründə bankın cəmi kapitalı 2.5% artaraq 142 milyon 526 min manat, cəmi öhdəlikləri 7% artaraq 780 milyon 34 min manat təşkil edib.

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Türk İnkişaf Bankı yaradıla bilər
Dizaynerlər üçün TOP-5 Freelance sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Onlayn biznes növləri
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri