"Bank of Baku" 2024-cü ili 26 milyon manat xalis mənfəət əldə edib
"Bank of Baku" ASC 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank il ərzində 25.9 milyon manat xalis mənfəət əldə edib ki, bu da keçən ilin müvafiq dövründəki 25.5 milyon manatlıq mənfəətlə müqayisədə artımdır.
Banker.az bunu bankın ilin son rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.
Cəmi faiz gəlirləri 152.7 milyon manat olmaqla bu 2023-cü ilin göstəricisindən (128.3 milyon manat) 19.0% çoxdur. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 144.3 milyon manat təşkil edərək əsas paya sahib olub.
Hesabat dövründə bankın faiz xərcləri 54.6 milyon manat olub ki, bu da 33.2% artımdır. Faiz xərclərinin əsas hissəsi depozitlər üzrə faizlərə (50.9 milyon manat) yönəlib.
Qeyri-faiz gəlirləri illik 39.7% artımla 18.7 milyon manat, qeyri-faiz xərcləri isə 16.3% artımla 85.6 milyon manata yüksəlib.
BoB-un xərclərində əsas xərclər əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 35.9 milyon manat təşkil edib.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları