"Bank of Baku" 9 aya 36% böyüdü – mənfəət 27 milyon manata çatdı
"Bank of Baku" ASC-nin aktivləri 2026-cı ilin ilk 9 ayında 413,84 milyon manat və ya 35,9% artaraq 1 milyard 566,32 milyon manata çatıb. Banker.az banka istinadən xəbər verir ki, bankın xalis mənfəəti isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6% artaraq 27,05 milyon manat təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında bank 24,02 milyon manat xalis mənfəət əldə etmişdi.
Bankın mənfəət artımı faiz və qeyri-faiz gəlirlərinin yüksəlməsi hesabına baş verib. Hesabat dövründə ümumi gəlirlər illik müqayisədə 26,4% artaraq 182,38 milyon manata, ümumi faiz və qeyri-faiz xərcləri isə 28,5% artaraq 146,05 milyon manata çatıb. Nəticədə xərclərin gəlirlərə nisbəti 78,7%-dən 80,1%-ə yüksəlib.
Gəlirlərin 164,09 milyon manatını faiz gəlirləri təşkil edib ki, bu da illik müqayisədə 27% çoxdur. Faiz xərcləri isə 43,9% artaraq 73,43 milyon manata çatıb. Qeyri-faiz gəlirləri 20,9% artaraq 18,28 milyon manat, qeyri-faiz xərcləri isə 16% artaraq 72,62 milyon manat olub. Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 8,6% artaraq 34,94 milyon manat təşkil edib.
Sentyabrın sonuna bankın ümumi kredit portfeli 28,7% artaraq 1 milyard 171,99 milyon manata yüksəlib. Kreditlərin aktivlərdə payı ilin əvvəlindəki 79%-dən 74,8%-ə enib. Portfelin 911,04 milyon manatı istehlak kreditlərinin, 188,7 milyon manatı biznes kreditlərinin, 72,25 milyon manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb. İlin əvvəli ilə müqayisədə bu kreditlər müvafiq olaraq 30,2%, 26,9% və 16,5% artıb.
Bankın cəmi öhdəlikləri ilin əvvəlindən 40,5% artaraq 1 milyard 372,73 milyon manata çatıb. Depozit portfeli 43,1% böyüyərək 1 milyard 59,09 milyon manat təşkil edib. Bunun 913,94 milyon manatı fiziki şəxslərin, 145,15 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Həmin göstəricilər ilin əvvəlindən müvafiq olaraq 36,5% və 104,7% artıb.
"Bank of Baku"nun balans kapitalı 10,1% artaraq 193,59 milyon manata, bölüşdürülməmiş mənfəəti isə 13,8% artaraq 126,54 milyon manata çatıb. Bankın 2025-ci il üzrə səhmdarlara ayırdığı dividend 12 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 10,53 milyon manatla müqayisədə 14% çoxdur. Son iki ilin dividend məbləği ümumilikdə 22,53 milyon manat olub.
Bankın son açıqlanmış işçi göstəricilərinə əsasən, 2026-cı il iyulun 1-nə əməkdaşlarının sayı 1080 nəfər təşkil edib. Bu, 2025-ci ilin eyni tarixindəki 969 nəfərlə müqayisədə 111 nəfər və ya 11,5% çoxdur.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildə yaradılıb. Bankın nizamnamə kapitalı 52,87 milyon manatdır. Səhmlərinin 35%-i Türkiyənin "NAB Holding" şirkətinə, 31,11%-i Hikmət İsmayılova, 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin İsayevə məxsusdur.

"TikTok"la "Instagram"a girişdə problem yarandı
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Mərkəzi Banka yeni səlahiyyət verilir
Xalq Bankın "Əmanət" lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu
"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
Biznes nədir?
Digital Card nədir?
Onlayn biznes növləri
Necə Bitcoin almaq olar?
SWIFT nədir?