Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək
®Ölkənin seçilən banklarından olan Bank of Baku "Sağlam həyat, yaşıl gələcək!" mesajı ilə növbəti ekososial layihəsini reallaşdırıb.
26 oktyabr tarixində Bank of Baku-nun təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə veloyürüş baş tutub.
Səbail rayonu ərazisində yerləşən Veloparkda Bank of Baku-nun 100-dən çox əməkdaşı bir araya gələrək "Sağlam həyat, yaşıl gələcək!" şüarı altında velosipedlər sürüblər.
Tədbirin əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaq, velosipedlərdən mütəmadi istifadənin insan sağlamlığına və ətraf mühitə müsbət təsirlərini xatırlatmaq, həmçinin yaşıl gələcək naminə fərdi məsuliyyətin artırılmasına töhfə verməkdir.
Bunlarla yanaşı, tədbirdə birlik, həmrəylik kimi dəyərlərin əhəmiyyəti də vurğulanıb.
Bank of Baku-nun və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbər şəxslərinin də iştirak etdiyi veloyürüş təxminən 1 saat davam edib. Tədbir iştirakçıları Velopark ərazisində təbiət qoynunda aktiv istirahət etmək və asudə vaxt keçirmək imkanı əldə ediblər.
Qeyd edək ki, Bank of Baku yaşıl təşəbbüsləri çərçivəsində ağacəkmə aksiyaları, Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi kimi müxtəlif eko layihələr həyata keçirir. Bank bu istiqamətdəki tədbirlərini mütəmadi olaraq davam etdirir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
–www.bankofbaku.com
www.facebook.com/bankofbaku










/ banker.az

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Biznes plan necə yazılır?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları