"Bank of Baku" maliyyə vəziyyətini açıqladı

"Bank of Baku" ASC 2023-cü ili 25 milyon 459 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 36 milyon 866 min manat xalis mənfəət ilə bağlamışdı.
Xalis mənfəətdəki 11 milyon 407 min manat və ya 30,9% azalma bir sıra xərclərin artması ilə əlaqədardır. Ötən il də "Bank of Baku"u böyüyüb, gəlirlərini artırıb.
CƏMİ GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ildə "Bank of Baku"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 141 milyon 721 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 114 milyon 665 min manat, gəlirlər xərclərini üstələdiyindən əməliyyat mənfəəti 27 milyon 56 min manat təşkil edib. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatdan azad olan 8 milyon 430 min manat mənfəətə əlavə olunub. Bank 35 milyon 487 min manat mənfəətindən 10 milyon 28 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Bank of Baku"nın cəmi əməliyyat gəlirləri 111 milyon 874 min manat, cəmi əməliyyat xərcləri 77 milyon 776 min manat, əməliyyat mənfəəti 34 milyon 98 min manat, eyhiyatdan qayıdan məbləğ 12 milyon 103 min manat, ödənilən mənfəət vergisi 9 milyon 335 min manat təşkil etmişdi.
"Bank of Baku"nın cəmi əməliyyat gəlirlərinin 29 milyon 847 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 36 milyon 889 min manat artıb. Xərclərin gəlirlərdən 7 milyon 42 min manat daha çox artması əməliyyat mənfəətinin düşməsinə səbəb olub. Xərclərin artması əsasən depozitlər üzrə faiz xərclərinin və digər xərclərin daha çox artması ilə əlaqədardır.
BANK BÖYÜYÜB – 170 MİLYONA YAXIN ARTIM
Ötən il "Bank of Baku"nın cəmi aktivləri 169 milyon 658 min manat və ya 24,2% artaraq 31 dekabr 2023-cü il tarixində 870 milyon 890 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 81 milyon 509 min manat artaraq 659 milyon 43 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 77 milyon 952 min manat artaraq 476 milyon 55 min manata, ipoteka kreditləri porteli 10 milyon 171 min manat artaraq 34 milyon 896 min manata qalxıb, biznes kreditləri portfeli isə 6 milyon 588 min manat azalaraq 148 milyon 87 min manata geriləyib.
Ötən il "Bank of Baku" qiymətli kağızlara investisiyalarını 2 dəfə artıraraq 44 milyon 733 min manata, digər banklar və digər maliyyə institutlarına verilən kreditləri 2,1 dəfə artıraraq 91 milyon 294 min manata çatdırıb.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
Ötən il "Bank of Baku"da depozitlər 150 milyon 235 min manat və ya 41,1% artaraq 515 milyon 768 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 145 milyon 660 min manat artaraq 475 milyon 679 min manata, hüquqi şəxslərin depozitləri isə 4 milyon 575 min manat artaraq 40 milyon 89 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "Bank of Baku" 140 milyon 501 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 127 milyon 606 min manat məcmu kapitala malik idi. 

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes