"Bank of Baku"da depozitlər 150 milyon manatdan çox artıb
2023-cü ildə "Bank of Baku"da cəmi depozitlər 150 milyon 235 min manat və ya 41,1% artaraq 515 milyon 768 min manata çatıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, o cümlədən, fiziki şəxslərin depozitləri 145 milyon 660 min manat artaraq 475 milyon 679 min manata, hüquqi şəxslərin depozitləri isə 4 milyon 575 min manat artaraq 40 milyon 89 min manata yüksəlib.
BANK BÖYÜYÜB – 170 MİLYONA YAXIN ARTIM
Ötən il "Bank of Baku"nın cəmi aktivləri 169 milyon 658 min manat və ya 24,2% artaraq 31 dekabr 2023-cü il tarixində 870 milyon 890 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 81 milyon 509 min manat artaraq 659 milyon 43 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 77 milyon 952 min manat artaraq 476 milyon 55 min manata, ipoteka kreditləri porteli 10 milyon 171 min manat artaraq 34 milyon 896 min manata qalxıb, biznes kreditləri portfeli isə 6 milyon 588 min manat azalaraq 148 milyon 87 min manata geriləyib.
Həmçinin oxu
"Bank of Baku" maliyyə vəziyyətini açıqladı


"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları