"Bank of Baku"dan könüllü qanvermə təşəbbüsü
®Bank of Baku mütəmadi qan ehtiyacı olan insanlara dəstək məqsədilə "Qanında həyat var!" şüarı ilə bu il də yenidən qanvermə aksiyası təşkil edib.
19 iyunda "Respublika Qan Bankı" PHŞ ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan aksiyada bankın rəhbər şəxsləri və əməkdaşları iştirak edərək könüllü qan veriblər.
Qan donoru olmaq istəyən hər bir əməkdaşın ümumi sağlamlıq vəziyyəti Respublika Qan Bankının peşəkar həkim-hemotoloqları tərəfindən hərtərəfli dəyərləndirilib və qan verməyə uyğun olan şəxslərdən tibbi briqdanın nəzarətində qan alınıb.
Qeyd edək ki, götürülmüş qan nümunələri Respublika Qan Bankında bir daha müvafiq yoxlamalardan keçdikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə ediləcək.
Bank of Baku bu cür layihələrlə cəmiyyətin rifahı naminə birgə fəaliyyətin önəmini bir daha vurğulayır və bənzər sosial layihələrini gələcəkdə də davam etdirməyi planlaşdırır.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku



/ banker.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?