Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
BOKT "Falcon Finance" MMC 2025-ci ili 61 min 577 manat xalis zərər ilə başa vurub. Halbuki, BOKT 2024-cü ili 754 min 828 manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az BOKT "Falcon Finance" MMC-nin 31 dekabr 2025-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, 2025-ci ildə təşkilatın cəmi gəlirləri 1 milyon 816 min 560 manat, cəmi xərcləri 1 milyon 878 min 137 manat təşkil edib. 2024-cü ildə "Falcon Finance"ın cəmi gəlirləri 1 milyon 923 min 375 manat, cəmi xərcləri 1 milyon 168. min 547 manat tışkil etmişdi. Ötən il "Falcon Finance"ın faiz yaradan aktivlərin dəyərsizləşməsi üzrə ehtiyat ayırmasının və İnzibati və digər əməliyyat xərclərinin kəskin artmsı onun zərər ilə üzləşməsinə səbəb olub.
BOKT "Falcon Finance"ın kredit portfeli 2025-ci ildə 2024-cü illə müqayisdə 7,4% artaraq ilin sonunda 7 milyon 15 min manata çatıb.
BOKT "Falcon Finance" MMC-nin payçıları Tağıyev Vüsal Nizami oğlu (50%) və Salmanova Brilyant Mirhəbib qızıdıdr (50%).
BOKT "Falcon Finance" MMC 27 may 2013-cü il tarixində 2002647911 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentində qeydiyyatdan keçmiş Bank Olmayan Kredit Təşkilatıdır. Cəmiyyət, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir və BKT-16 saylı xüsusi lisenziya nomrəsi əsasında öz fəaliyyətini həyata keçirir. Cəmiyyətin əsas fəaliyyəti kreditlərin təqdim edilməsindən ibarətdir. 31 dekabr 2025-ci il tarixinə BOKT "Falcon Finance"ın 32 nəfər əməkdaşı (31 dekabr 2024-cü il: 25 nəfər) olmuşdur.



Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır
"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
Enerji xərclərinizi "Unibank"la azaldın
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Dünyada ən çox oxunan 5 kitab
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?