Bank Respublika 2023-cü ildə bütün göstəricilər üzrə artım nümayiş etdirib

Bank Respublika 2023-cü ildə bütün göstəricilər üzrə artım nümayiş etdirib®Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ildəki fəaliyyət nəticələrini elan edib. Hesabata əsasən, Bank əla maliyyə nəticələri nümayiş etdirərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqeyini möhkəmləndirib.
Belə ki, Bank dinamik inkişafını davam etdirmiş və ötən illə müqayisədə bütün maliyyə göstəricilərində artım nümayiş etdirmişdir:
Bankın aktivləri 35% artaraq 2,13 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Bankın məcmu kapitalı 30% artaraq 165,91 milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.
Bankın xalis faiz gəlirləri 38%-dən çox artaraq 117,04 milyon manata çatıb.
Bankın xalis əməliyyat mənfəəti 57% artaraq 52,25 milyon manata çatıb.
Bankın xalis mənfəəti 51% artaraq 40,25 milyon manat təşkil edib.
Bankın depozit portfeli 50% artaraq 1,44 milyard manat təşkil edib ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir.
Ötən il Bank Respublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun  kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund)  kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır. 
"2023-cü ildə Bank Respublika məhsul və xidmətlərin davamlı təkmilləşdirilməsi, müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal texnologiyaların tətbiqi və inkişafı sayəsində yüksək nəticələr əldə etmişdir. Mən yüksək peşəkarlığa və Bankın inkişafındakı əvəzsiz töhfəsinə görə mehriban kollektivimizə xüsusi minnətdarlığımı bildirmək istərdim. Həmçinin, bu nəticənin əldə edilməsində verdiyi töhfəyə və əməkdaşlığa görə bankın müştərilərinə və tərəfdaşlarına minnətdarıq. ", – deyə Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 15 yanvar 2024

Oxşar xəbərlər

Sabiq bank sədri yeni vəzifəyə təyin edilib

BOKT "İnternational" ASC-nin İdarə Heyətinə yeni üzv seçilib. -ın əldə etdiyi məlumata əsasən, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Kamil Lətifov Fuad oğlu İdarə Heyətinə üzv seçilib. K.Lətifov 2008-ci ildə

Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR

Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!. Rəqəmsallaşma yolunda inamla addımlayan Bank of Baku yeni təqdim etdiyi rəqəmsal məhsulu - Digital Bolkart kartı üzrə müştərilə

"Kapital Bank"ın sədrinə birinci müavin təyin edilib

"Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Cavid Mirzəyev bu vəzifəyə təyin edilib. Əlavə olaraq C.Mirzəyev "Bir"

Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Aqrar Sığorta Fondu tərəfindən Şəmkir və Samux rayonlarında növbəti sığorta ödənişlər

AccessBank rəhbərliyi Gənclər Gününü Bakı Ali Neft Məktəbinin tələbələri ilə birlikdə qeyd etdi

Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu gün münasibətilə AccessBank Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün interaktiv formatda master-klas təşkil edib. Tədbirin əsas məqsədi gənclərin maliyy

Mərkəzi Bankın strategiyası işləyir – Beynəlxalq agentliklər nəticələri tərifləyir, reytinq yaxşılaşır - MÜSAHİBƏ

Son aylarda beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı və xüsusilə bank sektoru ilə bağlı açıqlamaları diqqət mərkəzindədir. "Fitch Ratings", "Moody"s" və "S&P Global Ratings"

Azərbaycan bankları qiymətli kağızlardan keçən il 546 mln. manat faiz gəliri əldə edib

Azərbaycan bankları 2025-ci ildə qiymətli kağızlar üzrə portfellərindən 546.4 milyon manat faiz gəliri əldə ediblər. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da illik müqayisədə 117.1 milyon manat və ya 27.3

Qadın sahibkarlar üçün Yelo Bank-dan parlaq imkan

Azərbaycanda qadınların biznes fəaliyyəti hər il yeni zirvələrə çatır. Bu gün ölkəmizdə 338 mindən çox qadın sahibkar öz uğur hekayəsini yazır və təkcə son bir ildə onların sırasına 21 mindən çox yeni sima əlavə olunub. Yel

Azərbaycanda ötən il əhalidən banklara böyük həcmdə nağd dollar axını olub – SON İLLƏRİN REKORDU

Azərbaycanda banklar tərəfindən 2025-ci ildə əhalidən cəlb olunan nağd ABŞ dollarının həcmi onlara satılandan təqribən 318.2 mln. ABŞ dolları çox olub. xəbər verir ki, bu, əhali tərəfindən banklara nağd dollar axınının dava


iqtisadi xeberler bank faizleri biznes xeberleri telefonla pul qazanmaq internetden pul qazanmaq